Şrift:
Prezident seçkilərində MDB-dən olan ilk müşahidəçilər Azərbaycana sentyabrın ortasında gələcəklər
26.08.2013 [15:12] - Xəbərlər, Özəl xəbər
Azərbaycanda prezident seçkiləri zamanı müşahidəçilərin uzunmüddətli missiyasından olan ilk müşahidəçilər sentyabrın ortasından ölkəyə gələcəklər. Bu barədə təşkilatın İçraçı katibliyindən bildirilib.
Katiblikdən vurğulanıb: "Bakıda missiyanın işi üçün Azərbaycan prezident seçkilərində MDB missiyasının qərargahının açılması planlaşdırılır. Qərargahın açılışında MDB İcraiyyə Komitəsinin sədrinin birinci müavini Vladimir Qarkunin iştirak edəcəyi planlaşdırılır".
Azərbaycanda prezident seçkilərinin keçirilməsi oktyabrın doqquzuna təyin edilib.
Missiya qərargahının rəhbəri Yevqeni Sloboda olacaq.
Bu xəbər oxucular tərəfindən 639 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed