28.08.2013 [01:46] - Gündəm, Siyasət
Ağ Ev BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyaya qarşı güc tətbiq edəcəyi ehtimalını şərh etmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ağ Evin rəsmi nümayəndəsi Cey Karni Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyaya zərbə endirməyə hazır olub-olmadığı barədə suala belə cavab verib: “Mən qərar qəbul olunmayanadək spekulyasiyalarla məşğul ola bilmərəm. Bu suala cavab qəbul olunacaq qərardan asılıdır”.
“Suriyada kimyəvi silahdan istifadə faktı heç bir şübhə yaratmır. Bu beynəlxalq normalara ziddir və Amerikanın maraqlarında deyil”, deyə Karni qeyd edib.
“Suriyada kimyəvi silahdan istifadə faktı heç bir şübhə yaratmır. Bu beynəlxalq normalara ziddir və Amerikanın maraqlarında deyil”, deyə Karni qeyd edib.
Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |