Şrift:
Mənim Xocalım beynəlxalq fotomüsabiqəsinə start verildi
03.09.2013 [23:10] - Xəbərlər, Gündəm
"Xocalıya ədalət" beynəlxalq məlumat kampaniyası çərçivəsində "Mənim Xocalım" adlı fotomüsabiqəyə start verilib.
Bu barədə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu və "Xocalıya ədalət" beynəlxalq məlumat kampaniyasının əlaqələndiricisi Sevinc İsgəndərova məlumat verib.

Müsabiqədə iştirak etmək istəyənlər bu ilin 5 oktyabr tarixinə qədər özlərinin müəllifi olduğu foto-xəbəri və ya Xocalı faciəsi ilə bağlı öz humanist (insani) hisslərini əks etdirən kiçik həcmli mesajını müsabiqənin jfk.campaign@gmail.com еlektron ünvanına yollaya bilərlər. Bir müddət sonra isə kampaniyanın saytında 10 ən yaxşı şəkil göstərilməklə münsiflər heyətinin açıq səsverməsi qaydası ilə 3 qalib müəyyənləşdiriləcək.

1-ci yer tutan iştirakçı bu ilin oktyabr ayında Avropanın aparıcı ölkələrindən birinin paytaxtında keçirilən beynəlxalq fotomüsabiqədə iştirak etmək hüququ əldə edəcək. Qalan qaliblər isə xüsusi mükafatlarla təltif olunacaqlar. Əlavə məlumat əldə etmək üçün kampaniyanın saytına www.justiceforkhojaly.org daxil olmaq olar. Əlavə suallar yaranacağı təqdirdə kampaniyanın Facebook və ya jfk.campaign@gmail.com elektron ünvanına yazmaq olar.

Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyası 2008-ci il, 8 may tarixində, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed