04.09.2013 [01:10] - Mədəniyyət
Onun zəngin yaradıcılığının soraqları xalqımızın
mədəniyyyət tarixində həmişəlik yaşayacaq
Filologiya elmlər doktoru, professor Sədnik Paşa Pirsultanlı 84 yaşında vəfat edib. Onu daim həyat eşqli gördüm. Bir an da olsun, yazıb-yaratmaqdan qalmadı. Tələsirdi. Bilirdi ki, ölüm hər an onu haqlaya bilər…
Alim 1929-cu ildə Daşkəsən rayonunun Qazaxyolçular (Pirsultan köyü hissəsində) kəndində anadan olub, 1949-cu ildə Dəstəfur kənd orta inernat məktəbini bitirib. 1954-cü ildə Gəncə Dövlət Universitetinin (keçmiş Gəncə Dövlət Pedaqoji İnstitutunun) dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra rayon və şəhər qəzetlərində xüsusi müxbir, ədəbi işçi, məsul katib və redaktor vəzifələrində çalışıb. Sədnik Paşa Pirsultanlı uzun illər «Yeni Daşkəsən», «Mübariz» (Goranboy rayonlararası) və «Yenilik» (Kəlbəcər) qəzetlərinin redaktoru çalışıb. Gəncə Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru kimi əmək fəaliyyətini davam etdirib. Ardıcıl olaraq televiziyada, radioda, mərkəzi və yerli mətbuatda çıxış edirdi. Azərbaycan Dövlət Televiziyası (Aztv) onun həyatı və fəaliyyəti haqqında «Pirsultanlı» adlı sənədli film çəkib.
40-dan artıq kitabın, yüzə yaxın elmi əsərlər toplusunda və jurnallarda, mərkəzi qəzetlərdə çap olunmuş məqalələrin müəllifi olub. Sədnik Paşa ozan-aşıq yaradıcılığınının tədqiqi ilə ardıcıl məşğul idi. Respublikanın «Əməkdar mədəniyyət işçisi» adına layiq görülüb. Türkiyədə nəşr edilən «Dost-dost» və «Milli folklor» jurnallarının Azərbaycan təmsilçisi, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən «Pirsultan» nəşriyyat-poliqrafayasının, «Yurddan səslər» jurnalının, «Xalq ozanı» qəzetinin təsisçisi olub. Sədnik Paşa 8 şeir kitabının da müəllifi idi. Onunla dəfələrlə söhbətlərim olmuşdu. «Xalq Cəbhəsi» qəzetində müəllif yazıları ilə çıxış etmişdi.
O, Azərbaycan xalq əfsanələri, rəvayətləri ilə bağlı toplamalarını ömrünün son illərində sistemləşdirdi, təkmil şəkildə çap etdirdi. Bu baxımdan alimin «Azərbayan Türklərinin xalq rəvayətləri» kitabı ayrıca diqqəti çəkir. «Azərbaycan türklərinin xalq əfsanələri» kitabının davamı olan «Azərbaycan türklərinin xalq rəvayətləri» kitabı toponimləri, tarixi hadisələri, coğrafi məkanları özündə əks etdirir. Bu kitab xalqın tarixini, etnoqrafiyasını, coğrafi məkanları və başqa əlamətləri özündə yaşatmaqla tarixə şahidlik edir.
Professor Sədnik Paşa Pirsultanlı onillər ərzində Azərbaycanı, eləcə də Türk Dünyasını qarış-qarış gəzərək əfsanələri toplayıb, ipə-sapa düzüb, böyük bir sevgiylə kitablaşdırmışdı. Onun bu yöndə düşüncələri ciddi maraq doğurur: «Deyəsən, ibtidai insanın fəlsəfi düşüncə çeşməsinin gözü də sözlə açılıb. Əsatirin törəməsi olan əfsanə əsatirlə sözün bir-birinə qovuşması nəticəsində epikləşərək bitkin bir janr kimi meydana çıxıb. Əsatir təbiət hadisələri, əfsanə isə tarixi hadisə və şəxsiyyətlərlə bağlı yaranıb. Fikrimizi bir az da aydın desək, əsatirin əsas obyekti təbiət və insan, əfsanəninki isə cəmiyyət və insan olub. Tarixilik baxımından əsatir əvvəl, əfsanə isə sonralar yarandığı üçün zaman keçdikcə əsatirlər daha çox əfsanələşib. Əsatirlə əfsanənin əlaqəsini aydınlaşdırmağın özü belə möcüzədir. Təbiəti seyr etdikdə gözünə dənizlər, göllər görünür. Gölün sahilə yaxın yerində rəngarəng ağ, göy, sarı zanbaqlara rast gəlirsən, düşünürsən, bu zanbaqların kökü dənizin dibindədir, ya divarında? Axı hər bir bitkinin kökü torpağa bağlıdır. Axı hər bir bitki öz boyasını, rəngini torpağa bağlı kökündən alır. Bax, o zanbağın kökü əsatirdir. Gözəlliyi ilə insanı özünə cəlb edən zanbaq isə gerçəkliyə bağlı əfsanədir. Daha doğrusu, şərti olaraq onu deyə bilərik ki, zanbağın gözə görünməyən, möcüzəli tərəfi əsatirdir, gözə görünən, boyalarla, rənglərlə süslənmiş tərəfi isə əfsanədir. Hər bir bitkinin, ağacın kökü torpağın üstə dayanır. Hər ağacı külək, tufan yıxır, ancaq tufanın təkcə palıd ağacına gücü çatmır. Palıd ağacının kökü çox dərindədir. Hətta onun kökündə cücərib içərisindən çıxdığı qozanın qabığı çəkmə kimi ayağında geyincəkli qalır, çürümür. Bax, kökün sağlamlığı budur. Lalə, qızılgül qan qırmızı boyasını, rəngini haradan alıb? «Ceyrançöl» əfsanəsinə görə, düzlərdə bitən lalələr ağappaq olub, ovçu ceyranı neçə yerindən yaralayıb, ceyranın qanı ağ laləni qırmızı rəngə boyayıb. Bu, insanın «təsəvvürdə və təsəvvürün yardımı ilə» yaratdığı obrazlardır. Həmin obrazlar insan xəyalı ilə, onun fantaziyası ilə süslənib. İnsan, onun xəyalı, düşüncəsi, təbiətə və cəmiyyətə baxışı, tarixən zehnində yaratdığı etimologiyası xüsusi bir elmdir. Sarı Aşıq insan fantaziyasının məhsulu olan bir əfsanəni bayatısının məzmununa gətirir, onu formaca gözəl biçimləndirir, tarixən bəşəriyyətin yaddaşına həkk ola biləcək ölməz poetik bir nümunə yaradır. Məlumdur ki, Azərbaycan əfsanələrində və bayatılarında boynu bükük bənövşə ayrılıqdan, həsrətdən bu şəklə düşüb. Bənövşə gah atasını, gah qardaşını, gah da sevgilisini itirir, boynunu bükük tutaraq zaman-zaman göz yaşları axıdır. Türkdilli xalqların dini, dili, bir çox adət və ənənələri eyni olsa da, onların əfsanələrində bənzərsizlik var».
Professorun fikrincə, hətta bir ölkə daxilində ayrı-ayrı areallarda eyni mövzuya aid bənzərsiz əfsanələr mövcuddur. Hər çiçəyin, bulağın, çayın, gölün, dağın-daşın, qalanın, quşun öz əfsanəsi var: «Xalq əlifbanı bilmədiyi zamanlarda belə, mühüm hadisələri, əfsanələri sal qayalara, çiçəklərin yarpaqlarına yazıb. Axtarışlar, müşahidələr göstərir ki, bu və digər tarixi abidə uçulub dağıldıqda, itib batdıqda, izi qalmadıqda onun əfsanəsi də zaman keçdikcə hafizələrdən silinib unudulur. Tarixi abidələri qorumaq — qiymətli əfsanələrini, xalqın bədii təfəkkürünü və tarixini qorumaq deməkdir. Məsələn, Bakıda «Qız qalası» qalıb, onun əfsanəsi bu gün də yaşayır. «Səbayıl qalası» isə yerə gömülüb, yox edilib, əfsanəsi də onunla bərabər qeybə çəkilib. Hər bir toponimdə, rəvayətdə tarixi şəxsiyyətlər özlərinə yer alıb və orada məskunlaşıblar. Toponimin içərisində bir toplumun tarixi və ya bir xalqın tarixinin bir parçası yaşayır. 1903-cü ildə rusların çəkdiyi bir xəritədə Xoşbulağın adı «Xanbulaq» kimi yazılıb. Bax, həqiqət budur. Həmin yaylaqda olan yüz bulağın içərisində bu bulaq bulaqların xanıdır. Naxçıvanda Şahbuz, Ahdamda Şahbulaq, Kəpəzdə Xan yurdu, Xan qızının bulağı, Xanbulağın yaxınlığında Ziyadxan bulağı və buna bənzər bulaq və yer adları var. Belə toponimlərdən birinin məzmunu «Nuhçıxan» əfsanə-rəvayətində verilib».
S.Paşa düşünür ki, əfsanə və rəvayətlərin yaradıcısı olan xalq ayrı-ayrı hadisələrin, məsəllərin izahında tarixi həqiqətlərin pozulub-pozulmamasına, müəyyən mənada təhrif olunmasına az diqqət yetirsə də, bədii sözün həqiqətinə həmişə sadiq qalıb: «Salyan rayonunda bir kəndin adı Xalacdır. Yerli adamlar bu toponimi «xalqı aç» mənasında yozurlar. Halbuki Xalac Oğuzun 24 nəvəsindən birinin adıdır. «Gəlin qayaları», «Çoban daşa dönənlər» bir-birlərinə bənzəsələr də, Azərbaycanda ayrıca, Qazaxıstanda isə ayrıca məna daşıyırlar. Bizdə çobanlar öz səhvləri ucbatından qoyun sürüləri ilə bərabər daşa dönürlər. Qazaxın «Yuxdan qız» əfsanəsində atanın qarğışı ilə qız və onun sevgilisi qoyun sürüsü ilə bərabər daşa dönürlər». «Fərhad və Şirin» əfsanələrinə Güney Azərbaycanın Ərdəbil, Türkiyənin Amasiya, Azərbaycanın Oğuz, Şəki və Naxçıvan bölgələrində rast gəlirik. Adlar eyniyyət daşısa da, hər bir əfsanənin öz məzmunu, forması və məna çalarları var. «Koroğlu» əfsanələri epos-dastanın özəyidir, başlanğıcıdır. Xalq arasında çox az-az eşidilən bir məsəl var: «Nə dərin dəryaya gir, nə də Xızır İlyası çağır». Xızır İlyasın Aşıq Qəribi üç aylıq yolu, üç günlük yol edib Hələbdən Tiflis şəhərinə ağ-boz atın belində gətirdiyini bilirik, Buğacın yarasına ana südü ilə dağ çiçəyinin dərman olduğunu-dediyini bilirik, «Arzu-Qəmbər» dastanından öldürülmüş Qəmbəri Xızırın diriltdiyini bilirik, aşiqlərə və məşuqlara Xızır tərəfindən buta verildiyini də bilirik. Ancaq Xızırın dərin dəryalarda batanları xilas etməsi, ölümdən qurtarması bizim üçün təzədir».
Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri də Tikmədaşlı Xəstə Qasımdır. Professor Sədnik Paşa Pirsultanlı onun həyatını və mühitini araşdırıb: «Xəstə Qasım haqqında ayrı-ayrı variantda üç dastan topladıq. Demək olar, dastanın Əhliman Axundov variantı ilə Göyçənin Ağzıbir kəndindən olan aşıq Məhəmməd variantları bir-birinə bənzəyir. Bu dastanları bir-birindən fərqləndirən odur ki, Xəstə Qasımın atası Əhliman Axundov variantına görə Nəsrullah şah, Məhəmməd Ağzıbirliyə görə isə Nəsrəddin şahdır. Biz dastanların variantlarını müqayisə etdikdə Aşıq Həsən Pərvanə variantına üstünlük verdik və ikinci kitaba daxil etdik. Həsən Pərvanə variantında da Xəstə Qasımın sevgilisinin adı mübahisəli görünür. Əvvəlki iki variantda Xəstə Qasımın sevgilisinin adı Mələksima, Həsən Pərvanə variantında isə Kəklikdir. Həsən Pərvanə variantının üstün cəhəti odur ki, şair-aşığın dini görüşləri qələmə alınsa da, dini-xurafata yol verilmir. Həmçinin bu dastanda indiyə qədər şəxsiyyəti məlum olmayan Qaraxanın adı açıqlanır. Məlum olur ki, baş müctəhidin adı gizli saxlanılan Tikmədaşlı Qaraxandır. Tikmədaşdan qaçmış müctəhidin adının Qaraxan olduğunu Xəstə Qasım aşkara çıxardır. «Tikmədaşlı Xəstə Qasımın Dağıstan səfəri» dastanı bizə görə real-tarixi dastandır. Məsələn, «Qurbani», «Abbas və Gülgəz», «Xəstə Qasım», «Valeh və Zərnigar» dastanları da real-tarixi dastanlardır».
Alim yazır ki, Xəstə Qasım Şah İsmayıl dövründə yaşamamasına baxmayaraq və üstəlik də sənət meydanına çox-çox sonralar gəlsə də, Xətayiyə bağlı olub və yaradıcılıq ənənələrinə ömrünün sonuna qədər sadiq qalıb: «Ədəbiyyatşünaslara məlumdur ki, Şah İsmayıl Xətayi bir neçə təxəllüslə — «Şair Xətayi», «Sultan Xətayi», «Miskin Xətayi» və «Xəstə Xətayi» ilə şeirlər yazıb. Şah İsmayılın ideya və məqsədinin, şeirlərinin pərəstişkarları Xətayinin sağlığında və sonra həmin adları özlərinə təxəllüs seçməklə, sanki eyni yolun yolçusu olduqlarını bildirmək istəyiblər. Şah İsmayıl Xətayinin sağlığında Abdal Hüseyn — «Miskin», Türkiyədə Haydar adlı aşıq-şair «Pir Sultan Abdal», sonralar isə Tikmədaşlı Qasım -»Xəstə», Borçalı Aşıq Həsən də «Xəstə» təxəllüslərini qəbul edərək şeirlər yazıblar».
Sədnik Paşanın zəngin yaradıcılığının soraqları xalqımızın mədəniyyyət tarixində həmişəlik yaşayacaq.
Uğur

Bu xəbər oxucular tərəfindən 1019 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |