Şrift:
Ermənistan Silahlı Qüvvələri mülki Azərbaycan vətəndaşını güllələyib
05.09.2013 [00:12] - Gündəm, Hadisə
Həkimlərin səyi nəticəsində 28 yaşlı Tovuz sakininin həyatını xilas etmək mümkün olub


Bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayonunun Əlibəyli kəndinin sakini güllə ilə vurulub. Tovuz rayon Mərkəzi Xəstəxanasından bu gün təxminən saat 18.00 radələrində Əlibəyli kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Adil Vəkil oğlu çiyin nahiyəsinin dəlib keçən güllə yarası ilə xəstəxanaya yerləşdirilib.



Həkimlərin səyi nəticəsində 28 yaşlı Adil Musayevin həyatını xilas etmək mümkün olub. Hazırda onun səhhətinin normal olduğu bildirilir.



Məlumata görə, A.Musayev Əlibəyli kəndində küçə ilə hərəkətdə olarkən düşmən gülləsinə tuş gəlib.
Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed