05.09.2013 [00:29] - İqtisadiyyat
Economics. Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2013-cü ilin yanvar-iyul aylarında 25,4 mlrd. ABŞ dolları təşkil edib.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azalma deməkdir.
Ticarət dövriyyəsinin 19,2 mlrd. dolları ixrac hesabına yaranıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,4% azdır.
Bu dövr ərzində xarici ticarətin 6,2 mlrd. dolları isə idxalın payına düşüb ki, burada 2012-ci ilin 7 ayı ilə müqayisədə 14,5% artım qeydə alınıb.
Nəticədə, bu ilin 7 ayında xarici ticarətdə 13 mlrd. dollar həcmində müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,6% azdır.
Bu dövr ərzində 141 ölkə ilə ticarət əlaqəsi aparılıb, 96 ölkəyə əmtəə ixrac olunub, 130 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 27-si Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.
Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 9,9% artıb.

Bu xəbər oxucular tərəfindən 1116 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |