05.09.2013 [23:30] - Xəbərlər, Gündəm
Avropa Parlamenti Azərbaycanda prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərməyə dair qərarı sentyabrın 12-də qəbul edəcək.
Avropa Parlamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, AP Prezidentlər Konfransı ilin ikinci yarısında seçkilərin müşahidə olunmasının prioritet hesab olunduğu ölkələrin siyahısını hazırlayıb. Bu prioritetlər sırasında Azərbaycan, Gürcüstan, Honduras, Nepal və Tacikistanda seçkilərin müşahidəsi var. Bu ölkələrə müşahidə missiyasının göndərilib-göndərilməyəcəyi barədə qərar sonra fərdi şəkildə qəbul olunacaq. Azərbaycanla bağlı qərarı sentyabrın 12-də veriləcəyi gözlənilir.
Avropa Parlamenti bu il İordaniya, Ermənistan, Keniya, Paraqvay, Pakistan və Malidə seçkiləri izləmək üçün müşahidə missiyaları göndərib.
Xatırladaq ki, bundan əvvəl Prezidentlər Konfransının Azərbaycanda seçkiləri müşahidəyə dair qərarı sentyabrın 5-də verəcəyi bildirilirdi.

Bu xəbər oxucular tərəfindən 775 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |