Şrift:
Qazi Qarabağ Azanı Cəlilabad və Şirvanda səsləndi
09.09.2013 [00:04] - Xəbərlər, Hadisə
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin “Qarabağa doğru -Haqqın və Haqqımızın səsi ilə” adlı Qazi Qarabağ Azanına dəstək məqsədilə Cəlilabad və Şirvan şəhərlərində tədbir keçirib. Hər iki görüş Qazi Qarabağ Azanının səslənməsi ilə başlayıb. Öncə çıxış edən “Yeni Üfüq “ İctimai Birliyinin sədri Sevinc Əzimbəyli “Qarabağa doğru-Haqqın və Haqqımızın səsi ilə”adlı lahiyə öz təşəbbüsləri ilə dəstək verdiklərini bildirib.Birliyin sədri bölgənin tanınmış din adamlarını Qarabağımızın azadlığı və dövlətçiliyimizin bütövlüyü naminə bu müqəddəs missiyaya dəstək olmağa çağırıb.Tədbirdə iştirak edən Qarabağ Seyid ocaqlarının təmsilçisi şərqşünas Seyid Camal Əzimbəyli Qazi Qarabağ azanın tarixindən və bu ilahi səsin bizləri Qarabağa götürə biləcəyinin dəyərindən danışıb. Şərqşünas Prezident seçkiləri öncəsi bəzi riyakar din təəssübkeşlərinin vətənimizdə təxribat törətmək istədiklərini bildirib. Seyid Camal bütün ölkə inanclılarını vətənimizin bütövlüyü,dövlətçiliyimizin mühafizəsi naminə ayıq olmağa düşmənlərə fürsət verməməyə çağırıb.Tədbirdə Cəlilabad şəhər cümə məscidinin axundu Hacı Mahmud Əsgərov,Hacı Mirazad ağa ,şəhid atası Hacı Mirşamil ağa, qəhrəman döyüşçü, qazi Maşallah Əliyev çıxış edərək, “Yeni Üfüq”ün bu mübarək missiyasına hər zaman dəstək olacaqlarını bildiriblər. Şirvan şəhər cümə məscidinin axundu Hacı Əvəz Mehrəliyev, şəhər ziyalısı Təranə Əhməd və bölgə ağsaqqalları çıxış ediblər. Onlar Qazi Qarabağ Azanını Qarabağ Seyid Ocaqları adına Seyid Camal Əzimbəylinin təbliğ etməsini millətimizə və dövlətçiliyimizə bir xidmət kimi qiymətləndiriblər. Tədbirdə bölgənin nüfuzlu mənəviyyat adamları,ziyalılar,şəhid və qazi ailələri, gənclər aktiv iştirak edib. Hər iki şəhərdə tədbir iştirakçıları ölkə başçısının milli-mənəvi dəyərlərin mühafizəsinə və təbliğinə verdiyi dəstəkdən məmnun olduqlarını bildiriblər.
Günel Cəlilova
Bu xəbər oxucular tərəfindən 1136 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed