Şrift:
Yay Olimpiya Oyunları-2020-nin paytaxtı Tokio seçilib
09.09.2013 [00:04] - Xəbərlər, İdman
Beynəlxalq Olimpiya Komitəsinin üzvləri Yaponiya paytaxtına səs verib

2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının paytaxtı Tokio seçilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvafiq qərar Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri arasında keçirilən səsvermə zamanı qəbul edilib.

“Bütün müraciətlər yüksək səviyyədə idi. Lakin qalib bir olmalıdır. BOK bəyan edir ki, Olimpiya Oyunları-2020-nin paytaxtı Tokio olacaq”, - deyə səsvermənin nəticələrini elan edən BOK prezidenti Jak Roqqe bildirib.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarının paytaxtı olmaq uğrunda Tokio, İstanbul və Madrid mübarizə aparıb.
Bu xəbər oxucular tərəfindən 1363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed