Şrift:
Musiqidə gizlənmiş şeytan
22.11.2011 [11:53] - Gündəm
Və ya satanizmin tərs düşmüş yeri


“…Səs tezliyi şüur ilə kodlandığında bunun xeyirli tərəfləri olur. Quran ayələrinin içinə alfa dalğalarını-yəni 8 ilə 12 hels arasında olan səsləri kodlanıldığı zaman (yuxu ilə oyanıqlıq arasında rahatlama hallarını doğuran səsdir) o səs Quran ilə kodlaşdırılmış olur. Bu ayələrin içinə müəyyən ritmdə səslər yerləşdirilib, müəyyən dalğa boyuna gətirilir. Neroproqramla musiqilərin və ya təbiətə aid səslərin altına Qurani-Kərimdən müəyyən şəfa ayələrini yerləşdirdiyimizdə bunun mükəmməl nəticəsi olur. Misal üçün, doğumla əlaqədar müraciət edən bir adama Məryəm surəsinin 25-ci ayəsini hazırladıq.

Bu ayə, "kədərlənmə, Rəbbin sənin üçün alt tərəfində bir dərə axıtdı. Xurma ağacını özünə tərəf silkələ ki, sənə təzə xurma tökülsün" sözlərini ifadə edən ayə su səsi altında yerəşdirilir. Xurmanın içindəki bir maddə doğumlarda əzələ boşaldıcı olaraq istifadə edilir. Quranın möcüzəsi olaraq, o ayə həmin an doğum sancısı çəkən adama xurmanın etdiyi təsirləri edir…"

Bu, Türkiyədə edilmiş təcrübədən bir misaldır.
“Amerika Birləşmiş Ştatlarında aparılan təcrübələrdə Quran dinlətdirilən insanların beyin dalğalarının, PH, təzyiq kimi bütün dəyərlərinin Quranı dinlədikləri anda lazım olan səviyyəyə gəldiyi, məhz Quran avazının təsiri ilə tənzimləndiyi kəşf olunmuşdur”.

Bu isə, Amerikada.
Yox, biz sizə bu dəfə Quran oxunmasının insan beyninə təsirindən danışmayacağıq, növbəti nomrələrimizdə bu mövzuya “Maraq” rubrikamızda mütləq rast gələcəksiniz. Amma yaxşı deyiblər, “şər deməsən, xeyir gəlməz”. Biz də əvvəlcə şeytandan başladıq. Ki, sonu xeyirli gəlsin…



Led Zeppelin, Maykl Cekson, Bitlis, Madonna, Metallika, İqles, Rollinq Stone

Əziz oxucular, hər biri rok musiqi tarixində şedevrə çevrilmiş bu solist və qrupların bir çox sevilən parçalarında, "şeytana təriflər ehtiva edən hissələr"in olduğundan xəbəriniz varmı?
Yəqin ki, yox. İnanmıram ki, kimsə insanın içindən qaçmış şeytanın musiqidə gizləndiyindən xəbərdar olsun. Maraqlıdır, görəsən necə, sözləri görünüşcə son dərəcə aydın və məsum görünən, illərdir musiqisevərlər tərəfindən zövqlə dinlənilən bu qədər məşhur mahnıda “satanizm təbliğatı" bu qədər açıq şəkildə edilə bilir və bundan kimsənin xəbəri olmur?

Niyə kimsə bunu indiyəcən anlamır? Bilirsinizmi? Əgər cavabınız “yox”dursa, bizi təqib edin.
Birincisi, bu, deyildiyi qədər asan deyil. Hər kəsin yox, yalnız satanistlərin müridlərinin anlayacağı bir üsulla mahnıya yerləşdirilən bu təbliğatın sirrləri açıldıqca insanın əti ürpəşir.

Madonnanın dünya musiqi arenasına ilk dəfə təqdim edildiyi zaman, daha dəqiq desək, 1987-ci ildə musiqi siyahılarını alt-üst edən və hal-hazırda da gənc nəsillərin hələ maraqla dinlənilən hit musiqi parçası "Like a Prayer"- bir mömin kimi”, bu, hamıya məlum cümləylə başlayır:

"Life is a mystery - Həyat bir sirrdir”.
Yəqin düşünürsüz və sual edirsiniz ki, burada maraqlı nə var? Şeytan bu kəlmələrin harasındadır?
Bax elə bu məqamda, siz bizə bunu sual elədiyiniz anda şeytan, ona yaraşan bir tərzdə, haqqında danışılan mahnının tam “tərs” tərəfində yerini alıb, bizi dinləyir. Siz bu musiqi hissəsini bir MP3 şəklində yükləyib, mahnıya giriş hissəsini diqqətlə, çox diqqətlə dinləyin və elə bu zaman…
…bu zaman Madonnanın yalvarış dolu bir ədayla
"O, hear our savior satan" - xilasedicimiz şeytan, eşit bizi! dediyinin şahidi olacaqsınız…
Dəhşətlidir, deyilmi?!

Kimə görəsə bu, adicə təsadüfdürsə, ingilis dili fonetikasının Madonnaya etdiyi pis bir zarafatdırsa, onda başqa bir nümunəni diqqətinizə çatdıraq: “Otel Kaliforniya ” otuz ildir, dünyanı fəth edir. Ürəyə işləyən bir romantizmi özündə əks elətdirən, ifaçıları “İqlis” qrupuna əvəzolunmaz şöhrət qazandıran, çox geniş dinləyici kütləsini məst edən bu musiqinin bir cümləsi eynilə belədir: "There were voices down the corridor, thought I heard them say, welcome to the Hotel California".
Yəni
-Eşitdiyim səslər, dəhlizin dərinliklərindən gəlirdi, onlara Hotel Kaliforniyaya xoş gəldiniz, de!
Otelinə gələn qonaqlara gülərüzlə xoşgəldin eləmək hər otel işlədənlərinin əlbəttə ki,ən təbii vəzifəsidir, ancaq musiqinin məhz bu hissəsi tərsinə dinlənildiyində:
- “Yeah Satan, he organized his own religion!”
yəni
- “Yaşasın şeytan, o, öz dinini qurdu!”


Bununla da bitmir. Musiqi hissəsi şeytana bağlılığı ucaldaraq davam edir.
Üstəlik, "Kaliforniya" nın əslində bir otel deyil Los-Ancelosda böyük bir prospektin adı olduğunu və yer üzündə ilk rəsmi şeytan məbədinin də 1968-ci ildə satanistlərin lideri Anton Zsandor Lavey tərəfindən yenə bu prospekt üzərində qurulduğunu bilirsinizsə, bu, sizi daha da dəhşətə gətirməzmi?! Əksəriyyəti ABŞ-da və İngiltərədə fəaliyyət göstərən bir çox din adamı ilə musiqi tədqiqatçısının, içərsində "satanist" təbliğatıyla dolu cümlələr gəzdirən, bu kimi hit mərtəbəsinə çatmış musiqi parçalarının sayını indiki vaxtda 50-yə qədər çatdırmışlar. Bu siyahıda Maykl Ceksondan tutmuş, Metallikaya, Led Zeppelin Rollinq Stona, Bitlisə qədər uzanıb gedən daha nə qədər məşhur solist və qrupun iştirak etməsi isə vəziyyəti daha da vahiməli vəziyyətə gətirir.

Mahnıda həmçinin “your stairway on the whispering wind”- nərdivanın pıçıldayan küləyin üzərində uzanar cümləsi tərs oxunanda “because I live for satan”-çünki ŞEYTAN üçün yaşayıram! mənasını verir.

(davamı var)
Bu xəbər oxucular tərəfindən 1347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed