Şrift:
Azərbaycan Ermənistanla təbliğat müharibəsində önəmli addım atdı
11.09.2013 [11:26] - Xəbərlər, Gündəm
“Azərpoçt” MMC-nin portalında Ermənistan tərəfindən işğal olunmuş rayonların kənd poçt şöbələrinin indeksləri də yerləşdirilib. “Azərpoçt” MMC-nin baş direktoru Qənbər Bəybalayevin sözlərinə görə, əvvəllər portalda yalnız işğal olunan rayonların mərkəzi poçt şöbələrinin indeksləri yerləşdirilib.

“Artıq istənilən şəxs istənilən kəndin indeksi ilə tanış olub yerləşdiyi ərazidən asılı olaraq işğal olunmuş rayonun poçt şöbəsindən bütün dünyaya məktub göndərə bilər. Bu, özü bir təbliğatdır. Biz bu təbliğatın tərkib hissəsi olaraq işğal olunmuş rayonların kəndlərinin poçt şöbələrini yaradırıq. Bir qədər əvvəl Xocalı Rabitə Qovşağının Xankəndi poçt şöbəsi istifadəyə verildi ki, oradan istənilən sakin bütün xidmətlərdən bəhrələnə bilər. Bölgələrdə məcburi köçkünlərin yaşadığı qəsəbələrdə bu istiqamətdə işlər aparılır”- deyə baş direktor bildirib.

Yeri gəlmişkən “Azərpoçt”MMC vətəndaşların xidmətlərdən geniş şəkildə istifadə etməsi üçün “www.azerpost.az” portalında bütün xidmətləri ən sadə və izahlı şəkildə təqdim edib.
Bu xəbər oxucular tərəfindən 917 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed