Şrift:
Vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı ümumi müsahibə və müsahibə yekunlaşıb
11.09.2013 [13:38] - Gündəm, Sosial
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı ümumi müsahibə və müsahibə yekunlaşır. Komissiyanın mətbuat xidmətindən verilən xəbərə görə, ümumi müsahibə və ya müsahibədə iştirak etmək istəyən vətəndaşlar namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və ya poçt vasitəsilə Komissiyaya müraciət etməlidirlər.



Qeyd edək ki, müsahibə və müsabiqə avqustun 23-də başlayıb.
Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed