Şrift:
Boksçularımız növbəti mərhələdə
11.09.2013 [14:02] - İdman
Ukraynanın paytaxtı Kiyevdə keçirilən yeniyetmələr arasında boks üzrə dünya birinciliyində Azərbaycan milli komandasının daha 4 üzvü rinqə çıxıb. Boks Federasiyasından verilən məlumata görə, onlardan üçü öz döyüşlərini qələbə ilə başa vurublar.

60 kq çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə danimarkalıObaida İraqui üzərində qələbə qazanıb – 3:0 (29:27, 29:28, 29:28). Boksçumuz 1/8 finalda Moldova təmsilçisi Vladislav Tuqui ilə qarşılaşacaq.

Qüdrət Quliyev də (52 kq) dünya birinciliyində 1/8 finala vəsiqə qazanıb. Milli komandamızın üzvü Puerto-Riko idmançısı Edvin Qonzalesi mübarizədən kənarlaşdırıb. 3 hakimdən ikisi həmyerlimizin qələbəsini qeydə alıb – 29:28, 28:29, 30:27. Quliyevin növbəti mərhələdəki rəqibi rumıniyalıMarian Ruta olacaq.

İsmayıl Hüseynov da (63 kq) dünya birinciliyinə qələbə ilə başlayıb. Boksçumuz Gürcüstan nümayəndəsi Taras Kandelakini məğlub edib – 30:25, 30:27, 30:27. Azərbaycan boksçusunun 1/8 finaldakı rəqibi belarusMixail Basiakov olub.

Rüfət Hüseynov isə (46 kq) dünya birinciliyindəki ikinci döyüşdə məğlubiyyətlə üzləşib. Millimizin üzvü Ukrayna təmsilçisi Daniel Lapinə uduzub.
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed