Şrift:
ABŞ prezidenti: Kimyəvi silahdan istifadəyə qarşı çıxmasaq bu Əsədin müttəfiqi olan və nüvə silahı hazırlayan İranı gücləndirəcək
11.09.2013 [14:14] - Gündəm, Siyasət
Suriyada Suriyada kimyəvi silahdan istifadəyə müvafiq cavab vermək vacibdir. Bunu ABŞ prezidenti Barak Obama xalqa telemüraciətində bəyan edib və bu mövqeyinin səbəblərini izah edib.

"Əgər biz hərəkətə keçə bilməsək, bu silahlara qadağa işə yaramadıqca, başqa tiranlar da zəhərli qaz almazdan və ondan istifadə etməzdən əvvəl iki dəfə düşünməyəcək. Vaxt keçdikcə, hərbçilərimiz yenidən döyüşlərdə kimyəvi silahdan istifadə ilə üzləşəcəklər, həm də terror təşkilatlarının bu kimyəvi silahları ələ keçirməsi və dinc sakinlərə hücum etməsi asanlaşacaq. Əgər döyüşlər Suriya sərhədindən kənara çıxarsa, bu silahlar Türkiyə, İordaniya və İsrail kimi müttəfiqlərimiz üçün təhlükə törədə bilər. Kimyəvi silahdan istifadəyə qarşı dura bilməsək, digər kütləvi-qırğın silahlarının qadağasını zəifləyəcək və bu, Əsədin müttəfiqi olan və nüvə silahı hazırlayan İranı gücləndirəcək", - deyə Barak Obama bildirib.
Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed