11.09.2013 [18:07] - Xəbərlər, Sosial
Respublikamızda işgüzar xanımların sayı ildən-ilə artmaqdadır. Artıq xanımlar ölkə həyatının ən müxtəlif sahələrində təmsil olunur. Belə olan halda isə xanımlarımız evdarlıq, uşaq saxlamaq kimi işlərdə köməkçiyə ehtiyac duyur. Uşaq bağçalarının kifayət qədər olmaması, bəzi hallarda isə bu tərbiyə ocaqlarında keyfiyyətli xidmətin olmaması valideynlərin dayələrə üz tutmasına səbəb olur. Tarixən dayəlik daha çox yüksək təbəqədən olan, vəzifəli şəxslərin uşaqlarına baxan, elmi, savadı ilə seçilən insanlar olub. Amma dövr keçdikcə bu sahəyə olan münasibət dəyişməyə başlayıb. Artıq dayəlik iş tapa bilməyən və ya işdən qovulan orta yaşlı qadınların yeni qazanc yeridir. Yəni onlar öz övladlarını böyütdükləri üçün bu sahədə yetərincə təcrübəli olduqlarını düşünür. Çünki bizim kimi cəmiyyətlərdə dayə, sadəcə, uşağın yeməyinə, geyiminə nəzarət edən, vaxtında yatıb durmasını təmin edən və bəzən də ev işlərində köməkçi olan qadındır. Bir qadın bunları bacarırsa, deməli, o, normal dayə hesab oluna bilər. Nəticədə isə, bir çox hallarda, uşaqlar onlara baxan dayələr tərəfindən incidilir, hətta bəzən zorakılığa məruz qalır. Digər tərəfdən, bu gün dayələrin təhsilli olmaması da bir problemdir. Çünki dayələr üçün konkret bir məktəb yoxdur. Buna görə də dayədən nələrin tələb olunması, onun hansı keyfiyyətlərə sahib olması hələ də müzakirə mövzusu olaraq qalır. Ekspertlər dayəlik fəaliyyətinin mütləq lisenziyalaşmasını təklif edir. Dayəlik xüsusi assosiasiyada birləşdirilməlidir. İşəgötürənlə işə qəbul olunan arasında xüsusi müqavilə bağlanmalıdır. Ekspertlər dayəlik fəaliyyəti barədə xüsusi qanunun olmamasından gileylənir. Onlar belə bir qanunun hazırlanmasını təklif edir. Mütəxəssislərin fikrincə, belə bir qanun qəbul edilməli və dayə institutu formalaşdırılmalıdır.
Sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində qeyd etdi ki, bu gün dayələrin əsas problemi qanunvericilikdə onların əmək fəaliyyətinin tənzimlənməməsidir: "Dayəlik fəaliyyəti mütləq qanuniləşməli və dayə institutu yaradılmalıdır. Bu institut yaradılsa, vacib deyil ki, hər bir dayə təlimlənsin, çünki bu elə bir peşədir ki, burada insana səbr lazımdır və həmin insan uşaqları sevməlidir. Bu məsələyə bir sıra aspektdən yanaşmaq lazımdır, amma ilk növbədə bu peşə qanuniləşməli və sosial baxımdan müdafiə olunmalıdır". Dayələrin uşaqlara ögey münasibətinin günahını ilk növbədə valideyndə görən sosioloq bildirdi ki, dayənin funksiyası təkcə uşağı qidalandırmaqdan ibarət deyil: "Uşaq vaxtının çox hissəsini dayə ilə keçirdiyinə görə uşağın təlim-tərbiyəsində, dünyagörüşünün formalaşmasında dayənin rolu böyükdür. Dayə işə qəbul olunarkən ilk növbədə onun referansı istənilməlidir. Onun əvvəlki iş fəaliyyətinə baxılmalıdır. Dayələr təhsilini, ailə tərkibini, son üç iş yerini, yaşadığı ünvanı, yaxın qohum-qonşularının ad və soyadlarını bildirməlidir. Bəzən elə olur ki, onların göstərdiyi sonuncu iş yeri yaşadıqları ünvan olur". A.Kamranqızının sözlərinə görə, dayələrin uzunmüddətli təhsil almasına o qədər də ehtiyac yoxdur: "Bu işlə məşğul olacaq şəxslərin müəyyən təlim görməsinə ehtiyac var. Təlimin, təhsilin olmaması onların gələcəkdə öz hüquqlarından xəbərsiz olmasına şərait yaradır. Onlar şəxsi münasibətlər hesabına işə düzəlir, işdən çıxarılarkən əvvəlcədən xəbərdar edilmir. Bəzən müqavilələrin olmamasında dayələr də maraqlı olur. Çünki onlar dövlətə vergi ödəmək istəmir, amma bunun hüquqi tərəfləri ilə maraqlanmır. Bir sıra Avropa ölkələrində dayəlik xidməti bizdən daha əvvəl yaranıb və artıq bu iş bir sənət hesab olunur. Amma bizdən fərqli olaraq həmin ölkələrdə ailə münasibətləri aşağı səviyyədədir. Dayə tərbiyəsinin bir üstünlüyü isə həmin uşaqların əmək tərbiyəsini daha tez mənimsəməsidir". A.Kamranqızının sözlərinə görə, Azərbaycanda dayə fəaliyyəti barədə hər hansı qanun olmadığı üçün valideynlər təsadüfi dayələr seçməyə məcburdur: "Bu zaman isə həm valideyn, həm də dayələr əziyyət çəkir. Onu da qeyd edək ki, xarici ölkələrdə bu fəaliyyət xüsusi qanunla tənzimlənir və dayəlik təlimi verən fakültələr də var. Ölkəmizdə isə bu cür fəaliyyət qanunsuzdur. İstənilən şəxs dayə kimi işləyə bilər". Psixoloq Bahar Qafarova bizimlə söhbətində qeyd etdi ki, dayəlik fəaliyyəti rəsmiləşdirilməlidir: "Hesab edirəm ki, dayə kimi fəaliyyət göstərənlər peşəkar olmalıdır. Onlar bu sahə üzrə müəyyən təhsil almalı və müvafiq təhsil sənədi əldə etməlidir. Dayə işləmək istəyənlər ya müəyyən kurslarda oxumalı, ya da müəyyən təhsil ocağını bitirməlidir. Belə olarsa, vətəndaşlar da dayəlik kursu keçən, sertifikat alan şəxsləri işə qəbul edər. Sonradan isə dayə işləyənlərlə işəgötürən tərəf arasında müqavilə də bağlanmalıdır. Həmin müqavilədə tərəflərin məsuliyyəti müəyyən edilməlidir. Həmçinin, işə götürülərkən dayələrdən işin keyfiyyətinə zəmanət verən sənəd tələb olunmalıdır. Əks halda indiki kimi neqativ hallar baş verdikdə məsuliyyət daşıyan orqanı müəyyənləşdirmək mümkün olmur".
Aytən İsaqızı

Bu xəbər oxucular tərəfindən 1251 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |