Şrift:
Azərbaycanda körpü uçub, yük avtomobili asılı vəziyyətdə qalıb
12.09.2013 [12:11] - Gündəm, Hadisə
Sentyabrın 11-də gecə saat 23:00 radələrində Qaraməryəm-Şəki-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində Mehmanxanlı çayı üzərindəki körpüdə həddindən artıq yüklənmiş "Shacman" markalı yük avtomobilinin keçməsi nəticəsində birinci aşırımın tirləri sınıb, körpü uçub. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyev deyib ki, nəqliyyat vasitəsi ikinci aşırıma keçərək oradan asılı vəziyyətdə qalıb. Hazırda avtomobil hələ də körpüdən asılı vəziyyətdədir. Baş verən hadisə nəticəsində körpüdə hərəkət tam dayandırılıb.

Hazırda hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə əraziyə Yol İstismar İdarəsinin texniki qüvvələri cəlb olunub.
Nəqliyyat vasitələrinin hərəkəti üçün Göyçay rayonunun Yekəxana kəndi ərazisindən alternativ yol verilib.

Qeyd edək ki, körpünün ümumi uzunluğu 31 metr, eni isə 7 metrdir.
Bu xəbər oxucular tərəfindən 1058 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed