Şrift:
Azərbaycan xarici işlər nazirinin müavini MDB Müşahidə Missiyasının üzvlərini qəbul edib
12.09.2013 [12:16] - Gündəm, Siyasət
Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov MDB Müşahidə Missiyasının üzvləri qismində MDB İcraiyyə Komitəsinin sədrinin icraçı katibinin birinci müavini Vladimir Qarkun və Müşahidə Missiyasının Fəaliyyətinin təşkili şöbəsinin müdiri Yevgeni Slobada ilə görüş keçirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, görüş əsnasında nazir müavini Nadir Hüseynov xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə hüquqlarının həyata keçirilməsi məqsədilə görülmüş işlər barədə məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında müvafiq seçki məntəqələri yaradılıb.
Müşahidə missiyasının üzvü Vladimir Qarkun məlumat verib ki, seçkiqabağı vəziyyəti izləmək üçün MDB missiyasının 20 nəfərlik heyəti Azərbaycanda yaradılmış qərargahda fəaliyyət göstərir. Vladimir Qarkun missiyanın tərkibinə 300 nəfər qısamüddətli müşahidəçinin daxil olacağını qeyd edərək, onların əsasən millət vəkilləri və seçki komissiyalarının sədrlərindən ibarət olacağını bildirib.
Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed