Şrift:
Azərbaycanın mobil rabitə operatoru MNP xidmətinin tətbiqi hesabına abonent bazasının artmasını gözləyir
12.09.2013 [12:21] - Gündəm, Sosial
Mobil nömrələrin daşınması xidmətinin tətbiqi (MNP) Azərbaycan mobil rabitə operatoru "Azerfon" MMC-nin (Nar Mobile ticarət markası) abonentlərinin sayının artırılmasına imkan verəcək. Bu barədə jurnalistlərə açıqlamasında "Azərfon" MMC-nin Baş direktoru Kent MakNili bildirib.
Onun sözlərinə görə, xidmətə başqa operatorların korporativ müştəriləri arasında tələbat olacaq və onun fikrincə, onlar da "Nar Mobile" şəbəkəsinə keçəcəklər.
MakNilinin sözlərinə görə, bu cür nikbin proqnozlar rabitənin keyfiyyətinin yaxşılaşdırılması, şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və operator tərəfindən təqdim olunan sərfəli qiymətlərə əsaslanır.
MakNili bildirib: "Təcrübə göstərir ki, məhz korporativ müştərilər daha çox öz nömrələrinə bağlı olurlar, o cümlədən onları dəyişmək istəmirlər. Ona görə biz gözləyirik ki, məhz bu kateqoriyadan olan abonentlər MNP xidmətinin potensial istifadəçiləri olacaqlar ki, bu da heç şübhəsiz ki, bizim şirkətin abonent bazasına təsir edəcək".
Onun fikrincə, korporativ müştərilərdən fərqli olaraq xidmət özəl abonentlər arasında elə də populyar olmayacaq.
O bildirib: "Ümumilikdə, ilin əvvəlindən şirkətin abonent bazasının artımı 10 faiz təşkil edib. Həmçinin abonentlər arasında trafik istifadəsi həcmində də iki dəfə artım olub".
MNP xidmətinin tətbiq olunmasına gəldikdə isə "Azerfon" rəhbəri bildirib ki, bu məsələ tamamilə dövlət strukturlarının bir sıra yekun qərarlarından asılıdır. "Azerfon" şirkəti texniki olaraq bu xidmətin tətbiq olunmasına tam hazırdır.
MNP xidməti pulsuz təqdim edilir. Digər operatorların şəbəkələrə miqrasiyası zamanı SIM-kartın əvəz edilməsi tələb olunur.
MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək. Nömrənin daşınması operatorun ayırdığı prefiks ("050", "051", "055", "070" və "077") ilə birlikdə abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 959 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed