Şrift:
Öz ordumuza - öz texnikamiz
22.11.2011 [13:07] - Hərb
Matador - Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının “Paramount Group” şirkəti ilə müştərək istehsal etdiyi zirehli transportyor.

Cənubi Afrika Respublikasının "Paramaunt qrup" şirkəti ilə müqaviləyə əsasən Mudafiə Sənayesi Nazirliyi zavodunda yığılan bu maşınlar dünya standartlarına cavab verir. Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. 14 nəfərlik Matadorun çəkisi 10,8 ton, yükgötürmə qabiliyyəti 4,5 tondur. Uzunluğu 6,57 metr, eni 2,47 metr olan "Matador" mailliyi 60 dərəcə olan yoxuşu asanlıqla qalxa bilir. \Adıçəkilən nəqliyyat vasitəsi “V” gövdəyə malikdir və zirehi çox yüksək səviyyədə partlayışlardan qorunmanı təmin edir. Döyüş maşınları 17 kq trotil gücünə davamlıdır, partlayış zamanı yalnız təkərləri sıradan çıxır. Şəxsi heyət qəlpə təsirləri və partlayışın akustikasından yüksək səviyyədə qorunur.
Azərbaycan və İordaniya ordusunda istifadə olunur.
Bu xəbər oxucular tərəfindən 2303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed