13.09.2013 [13:42] - Gündəm, Sosial
Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrinin ilk dərs məşğələsi haqqında əmr imzalayıb. Təhsil Nzzirliyindən verilən xəbərə görə, əmrdə bildirilib ki, 2013-2014-cü tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərs “Mənim Vətənim – doğma yurdum” mövzusuna həsr olunsun. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılıb ki, həmin mövzuda keçirilən dərslərdə Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərinin izahına, Azərbaycanın dövlət rəmzləri haqqında şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, onlarda respublikanın, eləcə də yaşadıqları ərazinin flora və faunası, tarixi və mədəni abidələri, görkəmli şəxsiyyətləri, ölkəmizin dünya birliyində mövqeyi, son dövrlərdə qazandığı nailiyyətlər, Vətən uğrunda şəhid olmuş qəhrəmanlar barədə məlumatların artırılmasına xüsusi diqqət yetirilməsini təmin etsinlər. Bundan əlavə, 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərində keçiriləcək “Bilik günü”ndə, habelə ilk dərslərdə məktəbin sabiq məzunlarının, ictimaiyyətin nümayəndələrinin, əmək və müharibə veteranlarının iştirak etmələri üçün təşkilati tədbirlər görsünlər.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Bu xəbər oxucular tərəfindən 1070 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |