Şrift:
Azərbaycan dəstəyi ilə ABŞ-da 11 sentyabr hadisələrilə bağlı memorial ucaldılacaq
13.09.2013 [13:50] - Gündəm, Mədəniyyət
Memorial 11 sentyabr hadisələri zamanı Pensilvaniyada həlak olmuş şəxslərin xatirəsinə həsr olunub

Azərbaycanın dəstəyi ilə ABŞ-da 11 sentyabr hadisələri zamanı Pensilvaniyada həlak olmuş şəxslərin xatirəsinə memorial ucaldılacaq.Bu barədə Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədov bildirib. Onun sözlərinə görə, bu günlərdə həmin hadisə qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Pensilvaniya ərazisində Memorial kompleksin təməl qoyma mərasimi keçirilib.

Təməli qoyulan Memorial kompleksə aparılan yolda Azərbaycan xalqından faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün yüz qayın ağacı əkilib. Həmin ağacların üzərində onların həmin dəhşətli hadisədə həlak olanların xatirəsinə məhz Azərbaycan xalqının adından əkildiyi yazılacaq.

150 min ağac əkilmiş Memorial ərazisinin 1 hektarı Azərbaycana ayrılıb.

Xatırladaq ki, ABŞ-da 11 sentyabr hadisələri zamanı terrorçuların ələ keçirdikləri daha bir təyyarə Ağ Evin binasına çırpılmalı idi. Lakin təyyarənin göyərtəsində olan insanların səyi nəticəsində, terrorçular istəklərinə nail ola bilmədilər və təyyarə Pensilvaniya ərazisində yerə düşüb. Bu zaman təyyarənin göyərtəsində olan 7 ekipaj üzvü və 33 sərnişin həlak olub.
Bu xəbər oxucular tərəfindən 907 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed