14.09.2013 [13:10] - İqtisadiyyat
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kənd təsərrüfatı sahəsində artım qeydə alınıb. «APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin sentyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla 2 806,9 min ton, yaxud keçən ilin müvafiq dövründə olduğundan 132,1 min ton çox taxıl, 736,3 min ton (29,5 min ton çox) kartof, 988,5 min ton (20,5 min ton çox) tərəvəz, 340,4 min ton (9,0 min ton çox) meyvə və giləmeyvə, 398,1 min ton (1,3 min ton çox) bostan məhsulları, 31,9 min ton (306 ton çox) üzüm, 2 169,4 ton (332,2 ton az) tütün, 399,3 ton (3,9 ton çox) yaşıl çay yarpağı toplanıb.
İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 3,1% artaraq 304,7 min tona, süd istehsalı 7,1% artaraq 1 227,1 min tona, yumurta istehsalı 15,2% artaraq 914,6 mln. ədədə, yun istehsalı 4,2% artaraq 15,6 min tona çatıb. Beləliklə, 8 ay ərzində iqtisadiyyatın aqrar bölməsində ötən ildə olduğundan 4,5% çox kənd təsərrüfatı məhsulları istehsal edilib, o cümlədən bitkiçilik məhsulları istehsalı 3,9%, heyvandarlıq məhsulları istehsalı 5,2% artıb.
Azərbaycanda son 10 ildə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına sahəyə əsaslı kapital qoyuluşu isə 48 dəfəyə yaxın artıb. «APA-Economics»in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının veb-saytına müsahibəsində «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.
Onun sözlərinə görə, işçilərin əmək haqqı 9,3 dəfə artıb, sahənin maddi-texniki bazası gücləndirilib, 2 000-dən artıq maşın və mexanizm, o cümlədən 1 036 ədəd torpaqqazan texnika alınıb, onların məhsuldarlığı 2001-ci il ilə müqayisədə 2 dəfəyə yaxın artıb: «Bu dövrdə 1 481,2 km suvarma kanalları, 1 036 km kollektor-drenaj şəbəkələri tikilib istifadəyə verilib, 279,1 min hektar suvarılan torpaqların su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılıb, 21 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 722 ədəd subartezian quyusu qazılıb».
Ə.Əhmədzadə bildirib ki, suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində aparılan lildən təmizləmə işlərinin həcmi 2,2 dəfə artıb: «2003-cü ildə suvarma kanalları və kollektor-drenaj şəbəkələrinin 10 477 km hissəsi lildən təmizləndiyi halda, 2012-ci ildə bu iş 23 211 km hissədə həyata keçirilib. Çay məcralarında mexanizmlər vasitəsi ilə məcratəmizləmə və tənzimləmə işlərinin həcmi 2003-cü ilə nisbətən (7 054 min kubmetr) 2012-ci ildə (16 711 min kubmetr) 2,4 dəfə, dağ çaylarında mövcud olan daş-beton bəndlərdə aparılan təmir işlərinin həcmi isə 1,2 dəfə artıb».
Cəmiyyət sədri qeyd edib ki, ötən müddətdə «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» ASC-nin balansına 84,9 min hektar əkin sahəsinin suvarılmasına xidmət edən 68,1 kubmetr/san məhsuldarlığa, 46,9 MVt gücə malik 185 nasos stansiyası və 949 subartezian quyusu qəbul edilib, bu obyektlərdə müvafiq təmir-bərpa işləri aparılaraq işlək vəziyyətə gətirilib.

Bu xəbər oxucular tərəfindən 1335 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |