14.09.2013 [14:47] - Gündəm, Mədəniyyət
“Azərbaycan Xalq Cümhuriyyəti: tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində” layihəsi çərçivəsində “Qafqaz İslam Ordusu - 95” mövzusunda KİV təmsilçiləri arasında yazı müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirilib.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ilə Mətbuat Şurasının birgə reallaşdırdığı mərasimdə Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın işğaldan azad olunmasında iştirak etmiş türkiyəli hərbçilərin övladları da iştirak edib.
Tədbirdə Qafqaz İslam Ordusunun komandiri Nuru paşaya Bakıda abidə ucaldılması, ona Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi, paytaxt küçələrindən birinin Nuru paşa küçəsi adlandırılması barədə təkliflər irəli sürülüb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov, xalq şairi Nəriman Həsənzadə, “Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycanın Ağdaş rayonundan olan, sonradan Türkiyəyə köçən Qafqaz İslam Ordusunun əsgəri Hüseyn əfəndinin oğlu İhsan Özköseli, əslən Göyçə mahalından olan, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin Ağsaqqallar Şurasının rəhbəri Abbas Gökçə, adıçəkilən qurumun sədri Səfər Qaraqoyunlu, ATXƏM-in sədri İlham İsmayılov, Milli Məclisin deputatı Qənirə Paşayeva, tarixçi-alim Anar İsgəndərli və digərləri mövzu ətrafında çıxışlar ediblər.
T. Rüstəmxanlı tədbir iştirakçıları adından dövlət başçısı İlham Əliyevə müraciət edilməsinin zəruriliyini vurğulayıb.
Mərasimdə xalq şairi Nəriman Həsənzadənin “Nuru paşa” poemasından nümunələr səsləndirilib.
Sonda müsabiqədə fərqlənənlərə mükafatlar təqdim edilib.
Müsabiqə qalibləri arasında APA-nın iki əməkdaşı da var.

Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |