Şrift:
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilir
14.09.2013 [14:56] - Gündəm, Gənclik
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilib.



Rəsmi açılış zamanı ARGTMŞ sədri Şahin Seyidzadə tədbirin məqsədi haqda danışaraq ölkədəki bütün gənclər təşkilatlarını bir araya gətirmək istədiklərini deyib: “Əsas məqsəd isə fəaliyyətdə olan bütün gənclər təşkilatlarını birləşdirərək həyata keçirilən gənclər siyasəti haqqında, gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarəetmənin səmərəli mexanizmlərinin yaradılması haqqında fikir mübadiləsi aparmaqdır. Konqresin keçirilməsi təşəbbüsü ilk dəfə 2012-ci ilin noyabrında həyata keçirilən Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan prezidenti İlham Əliyevin sərgini ziyarət edərkən səsləndirilib. Bu niyyət cənab prezident tərəfindən müsbət qarşılanıb”.



Gənclər və idman naziri Azad Rəhimov ilk dəfə keçirilən bu konqresi müsbət dəyərləndirilib: “Konqresin keçirilməsinə zərurət yaranıb. Azərbaycanda son illər gənclər təşkilatlarının sayı 10 dəfə artaraq 250-yə çatıb. Onlar çoxlu sayda layihələr həyata keçirirlər. Bu konqresdə təşkilatların gələcək fəaliyyəti müzakirə ediləcək”.



BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Brok çıxışında Azərbaycanda həyata keçirilən gənclər siyasətini müsbət dəyərləndirib və bu işin davam etdirilməsinin vacibliyini vurğulayıb.



Bakının və ölkənin 11 regionundan 200-dən artıq gənclər təşkilatının təmsil olunduğu konqres müxtəlif mövzularda keçirilən panellərlə davam etdiriləcək və sonda isə konqres iştirakçıları adından bəyanat qəbul olunacaq.
Bu xəbər oxucular tərəfindən 1111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed