Şrift:
Suriyada hökumət qüvvələrinə qarşı döyüşən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb
16.09.2013 [11:07] - Gündəm, Hadisə
Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə çeçen Əbu Ömərin rəhbərlik etdiyi “Mühacir və Ənsar Ordusu”nun tərkibində azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb.


APA-nın Suriyadakı cihad qruplarına məxsus saytlara istinadən verdiyi məlumata görə, sentyabrın 13-də “Əbu Yəhya əl Azəri” Suriyanın Hama şəhərində gedən döyüşlərdə hökumət qüvvələrinin 66 bölükdən ibarət hərbi bazasını mühasirə altında saxlayan zaman qırıcı təyyarələrin bombardmanı nəticəsində ağır yaralanıb. Çoxlu qan itirən “Əbu Yəhya” ölüb. O, elə həmin gün Hama şəhərinin Artma kəndindəki “Əbu Müslim” qəbristanlığında dəfn olunub.
Bu xəbər oxucular tərəfindən 1223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed