17.09.2013 [10:40] - İdman
Sentyabrın 13-15-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında təbii qayalarda qayayadırmanma üzrə açıq respublika çempionatı başa çatıb.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, yarışda FAİREX-in “Salavat”, “Ekstralife”, “Şahdağ”, “Zirvə”, “Qaya Qartalları”, “Ekosport”, “Climber”, “Gənclik”, “AMEAST”, “Qərb Universiteti”, “Tanrıdağ”, “Gəncə”, “İrəli”, “Rockstone”, “Blackstone”, “Şəki”, “Kəpəz”, “Kyanit”, “Qafqaz” və digər idman klublarının idmançıları iştirak edib.
Yerli və xarici idmançıların qatıldığı yarış kişilər və qadınlar arasında üç mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib.
Yarışın sonunda qaliblər müəyyən olunub, nəticələrə görə ilk üçlükdə Azərbaycan klublarının idmançıları və İrandan gələn qonaqlar yer alıb.
Sonda qaliblərə FAİREX tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Bu xəbər oxucular tərəfindən 1018 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |