17.09.2013 [13:41] - Gündəm, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev
Prezidentliyə namizəd Fərəc Quliyev: “Milli Şura mənə rəqib ola bilməz; YAP-ı cəmiyyətdə sevmirlər...”
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat, prezidentliyə namizəd Fərəc Quliyev virtualaz.org-a müsahibəsində ölkədəki siyasi vəziyyət, seçki prosesində iştirak və seçkiyə hazırlıq dönəmində gördükləri işlər haqda danışıb. F.Quliyev müsahibəsində seçkidəki şansından, digər rəqiblərlə necə mübarizə aparacağından da söz açıb. Həmin müsahibəni təqdim edirik.
- Fərəc bəy, seçkiyə bir aydan da az qalır. Hazırda ölkədəki seçki mühitini necə qiymətləndirirsiniz?
- Əvvəldən təklif etmişdik ki, təbliğat kampaniyasının vaxtı uzun olsun. Biz yüksək səviyyədə təbliğat aparacağıq. Doğrudur, seçkilərə hazırlıq bəzi partiyalar üçün o qədər də mühüm sayılmaya bilər. Çünki partiyalar yaranandan bəri seçkilərə hazırlaşır. Amma müstəqil namizədlər üçün bu zaman çox qısa sayılır. Düşünürdük ki, məntəqələrdə, dairələrdə, MSK-da hamı bərabər resurslarla təmsil olunsun. Amma təəssüf ki, bu, təmin olunmadı. Biz məntəqələrdə, dairələrdə, MSK-da təmsil olunmuruq. Parlamentdə partiyaların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı qərar qəbul olunub. Bunu alqışlayırıq, bu, təqdirəlayiq qərardır. Amma dəfələrlə məsələ qaldırmışam ki, bu vəsait azdır. Partiyaların adicə kommunal xərclərinə, qərargahının saxlanılmasına bəs eləmir. Seçki ərəfəsində daha çox vəsaitdən istifadə eləmək imkanı yaransın deyə pul çox olmalıdır. Bunlar seçkidən əvvəlki, dünəndən baxanda verilən qiymətlərdir. Amma bu gündən baxanda o qədər də ziddiyyətli məsələ yoxdur. Yəni seçkinin gedişatına müdaxilələr, maneələr yoxdur. İmzatoplama kampaniyası başa çatdı. Bu dönəmdə heç bir namizəd giley eləmədi. Bir-iki epizodla rastlaşdıq, biri hələ də davam edir. Ağdamın Üçoğlan kəndində icra nümayəndəsi ilə problem yaranmışdı. Sonradan o problem də aradan qaldırıldı. İndi isə Türkiyədə təbliğat materiallar çap elətdirmişik, materiallarımızı Qırmızı körpüdə saxlayıblar. Yəqin bu problem də aradan qaldırılacaq. Amma hər bir halda məmurlar bu tip məsələlərdə ehtiyatlı davranmalıdır. Xüsusi olaraq başqa problem yoxdur. Lakin seçki mühitinə təsir edən ciddi amillərdən biri də artıq iradəmizdən asılı olmayan məsələdir. Bizim qaçqın və məcburi köçkün olan seçicilərimiz ölkə ərazisində çox dağınıq yerləşib. Müxtəlif ərazidən olan adamlar, müxtəlif məntəqələrdə, dairələrdə, fərqli-fərqli yerlərdə yaşayanlar var. Onlarla əlaqə saxlamaq, onların məntəqə və dairələrində müşahidəçilərin təminatı ilə bağlı bir az çətinliklərimiz var. Deyim ki, hakimiyyət tərəfindən müdaxilələr yoxdur. Bir də pullu efir vaxtları üçün olduqca baha qiymətlər təyin olunub. Partiyalar cüzi maliyyələşdiyindən efir vaxtı götürmək problemdir. Buna görə də daha çox pulsuz efir vaxtlarının ayrılması yaxşı olardı. Bir başqa məqam isə indiki prezidentin resurslarının bizim resurslardan artıq olmasıdır. Biz də bunu ona irad tuta bilmərik. Çünki o, prezidentlik fəaliyyətini davam etdirir, oktyabrın 9-dək də davam etdirməlidir, sosial-iqtisadi tədbirlərə qatılır. Amma start vəziyyətində bu, bizə bir az sərf eləmir. Başqa xüsusi bir problem yoxdur.
“Ürəyimizcə olan kampaniya getmir”
- Fərəc bəy, dediniz dövlət tərəfindən ayrılan pul sizi qane etmir. Bəs partiyanız üçün lazım olan digər, əlavə vəsaiti necə əldə edirsiniz?
- Doğrudur, bütün partiyalar indi hesablar açır, ianələr toplayır, dövlət tərəfindən verilən vəsaitdən istifadə edirlər. Bu da zəruri xərclərin bir hissəsini əhatə edir. Biz istəyimizə uyğun olaraq seçki kampaniyasına girə bilmirik. Müxtəlif materialların hazırlanması, görüşlərə getmək, hətta bizim öz platformamızdakı hədəflərə çatmaq, televiziyada efir imkanlarından istifadə edilməsi sahəsində maliyyə baxımından çox sıxıntılı davranmaq məcburiyyətində qalmışıq. Yerlərdə görüş keçirmək rahat məsələ deyil. 5200-dən çox məntəqə var. Müşahidəçilərimizin ora getməsi, plakatlar aparması, vəsaitlərin paylanması böyük məbləğdə pul tələb edir. Ona görə də daha çox çalışırıq ki, dostların dəstəyini alaq. Amma yenə də yetərli deyil, ürəyimizcə olan bir kampaniya getmir.
- Bu qədər sıxıntının olduğu vaxtda, seçkiqabağı mühitin sizi qane etmədiyi halda seçkilərə getməyinizə nə səbəb oldu bəs?
- Mən praqmatik siyasətçiyəm. Bunlar çətin şərtlərdir. Amma real şərtlərdir. Bir ölkə döyüşə bilər, rəqibi çox güclü ola bilər, amma bu, o demək deyil ki, o, torpaqları verməlidir. Güclü düşmənlə döyüşürsən, məcbursan əlindəki resurslarla döyüşəsən. Bu seçki yarışı da belə bir məsələdir. Siyasətə ona görə girməmişik ki, dərnək fəaliyyəti göstərək. Təşkilatımız həm də başqa təşkilatlardan strukturuna görə fərqlənir. Bizdə rayon şöbələrindən əlavə departamentlər - Güney Azərbaycan, Borçalı, Qərbi Azərbaycan , Qarabağ, Dərbənd departamentləri var. Yerlərdə çox ciddi dəstəyimiz var. İmkanımız var ki, biz öz cəmiyyətimizi iş başına gətirək. Yəni biz sadəcə gündəmdə qalmağı nəzərdə tutmamışıq. Düşünməmişik ki, beş-on adamı döydürək, sonra da siyasi məhbus düzəldək, onun vasitəsilə qrant alaq, insanları incidək. Hesab etmişik ki, Azərbaycanın yaxşı mənada dəyişməsini təmin eləmək üçün vətəndaş fəaliyyəti, vətəndaş aktivliyi olmalıdır. Bunu da fərdi şəkildə edə bilmirlər. Siz qələm adamısınız, qələminizlə mübarizə aparırsınız, birisi əsgərdir, cəbhə bölgəsində döyüşür. Siyasətçi də siyasət meydanında eyni düşüncəli insanlarla bir yerdə fikrini toplumda legitim eləməyə çalışmalıdır. Biz öz zehniyyətimizin hakimiyyətə gəlməsində maraqlıyıq. Fiziki mənada o zehniyyəti kim işlədəcək, kim daşıyacaq - bunlar o qədər də əsas deyil. Əsas hansı zehniyyətin iş başına gəlməsidir. Hesab edirik ki, bizim zehniyyətimiz Azərbaycana daha çox xeyir verə bilər. Hakimiyyət mübarizəsində bələdiyyələrdə, parlamentdə, prezident seçkilərində iştirak etmək istəyirik. Bəzi partiyalar deyir biz seçkilərdə yalnız ona görə iştirak eləmək istəyirik ki, özümüzü tanıdaq, təbliğat quraq, təşkilatlanaq. Doğrudur, gedişatda bunlar da olur, amma biz real şəkildə cəmiyyətə alternativ təqdim eləmək istəyirik. Milli iradə ilə demokratik seçki olsun, on namizəddən hansını cəmiyyət qəbul edərsə, qalan doqquzu da onun əlini sıxmağa məcburdur. Yəni resursumuz az olsa düşünürük ki, bizim zeyniyyət millət üçün xeyirlidir və millətin də dəyərləndirəcəyinə güvənirik. Biz xalqımıza söykənirik, xalqımızın dərdi ilə dərdlənirik, onunla bir yerdə problemi həll etməkdə maraqlıyıq. Biz nə xarici ölkələrdən pul almaqda, nə də başqasının zehniyyətini iş başına gətirməkdə maraqlıyıq. Yerlərdə Qulamhüseyn kişiyə, Xeyransa arvada güvənirik. Kasıb təşkilatıq, amma istəklərimizin həyata keçəcəyinə inamlıyıq.
- Hakimiyyətə gələcəyiniz halda hansı komanda ilə işləyəcəksiniz?
- İstənilən təşkilatın komandası olur. Amma Azərbaycanda səhv bir yanaşma var. Məsələn, total şəkildə hakimiyyətə hücumlar olur. Amma biz total şəkildə hücumlar istəmirik. Biz hər hansı bir fikir və ya əməl kim tərəfindən deyilirsə deyilsin milli mənafelərə uyğundursa, onun tərəfindəyik. İstənilən əməl və ya fikir hakimiyyətdə və ya müxalifətdə olsun fərqi yoxdur, milli maraqlara uyğun deyilsə onun qarşısındayıq. Biz hakimiyyətə gələcəyimiz təqdirdə həm iqtidarın, həm müxalifətin, həm də ölkədən kənarda olan istedadlı vətəndaşlarımızın potensialından istifadə edəcəyik. Mən tövsiyə edirəm ki, hakimiyyətə biz gəlməsək, də kim gələrsə, məsələyə bu prinsipdən yanaşılmalıdır. Bizim baxışlarımız buna köklənib.
- Yəni hazırda hakimiyyətdə olanlarla da işləyəcəksiniz?
- Bir fikrin kim tərəfindən deyilməsi yox, hansı fikrin deyilməsi önəmlidir. Hakimiyyətdə yaxşı işləyən kadrlar da var. Məsələn, rabitə naziri Əli Abbasovun işini hər kəs təqdir eləyir.
- Artıq seçkilərlə bağlı təbliğat kampaniyası başlayır. Hazırlıq görmüsünüzmü? Regionlara səfərləriniz, mitinqləriniz olacaqmı?
- Regionlarda olan şöbələrimizə tapşırıq vermişik. Görüşlər üçün hazırlıq görürlər. Amma vaxt az olduğundan əraziləri əhatə etmək mümkün deyil. Həftədə üç dəfə canlı efirdə çıxışlar olacaq. Ona görə də uzaq məsafələr səfər etmək mümkün deyil. Amma ən azından 5-6 rayona səfərimiz nəzərdə tutulub. Mitinqlərimiz də olacaq. Artıq bunlar planlaşdırılıb.
- Bu səfərlər arasında Naxçıvana getməyi planlaşdırmısınızmı?
- Məndən bunu soruşurlar. Cavab verəndə ki ora getmək imkanlarımız bir az məhduddur, bunu təəccüblə qarşılayırlar. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mənim Naxçıvanda təbliğat işi aparmağıma ehtiyac yoxdur. Naxçıvanda özünümüdafiə dəstələri qurub mübarizə aparmışıq. Milli-azadlıq hərəkatı başlayarkən müəyyən qədər fəaliyyətimiz olub. 1990-cı ildə parlamentə seçilmişəm. Ora doğumlu olduğum üçün müəyyən qədər bazamız var. Buna baxmayaraq orada görüşlər keçirmək istəyərdik. Bu, fiziki və coğrafi mənada maneələr yaradır.
- Prezidentliyə namizədləri tanıyırsınızmı?
- Bəli.
- Onların şansını necə qiymətləndirirsiniz? Bunu faiz nisbəti ilə deyə bilərsinizmi?
- Bunu standarta salmayaq. Namizədlərin hamısına hörmətlə yanaşıram. Savadlı və vətəninə bağlı olan insanlardır. Prezidentliyə namizədliyə qədər gəlib çıxmış, ən azı 40 min imza toplamış insanlardır. Hamısı ilə şəxsi münasibətlərim var. Onlar mənim mövsümi rəqiblərimdir. Seçkilər bitəndən sonra da normal münasibətləri saxlayacağam. Hamısına hörmət edirəm. Faiz nisbətinə bölmək istəmirəm. Amma namizədlər arasında mənə rəqib ola biləcək şəxs resurslarına görə İlham Əliyevdir. Digər namizədlər mənimlə mübarizə apara biləcəyini düşünmürəm.
- Xalqın seçkilərə münasibətini necə qiymətləndirisiniz? Sanki ölkədə seçki ab-havası yoxdur...
- Xalq passivdir. Cəmiyyəti aktivləşdirmək istiqamətində görülən işlər seriyasında kasadlıq var. Televiziyada bu istiqamətdə işlər görülməlidir. Önəmli olan kimin hakimiyyət gəlməsi deyil. Legitim hakimiyyət formalaşdırmaq lazımdır. Xalqın istədiyi, onun içindən gələn hakimiyyət olmalıdır. Siyasətə toplum olaraq hazırlaşsaq, hakimiyyətə kimin gələcəyi yox, milli iradənin gəlməsi önəmli olur. Hakimiyyət də vaxt itirib ki, cəmiyyətin toparlanması üçün işlər görsün. Maarifləndirmə işləri çox aşağı aparılır. Televiziyalarda və qəzetlərdə təbliğat aparılmır. Ölkəmizin Qarabağ kimi ciddi bir probleminin olduğu bir zamanda xalqın əsas hissəsinin bu qədər passiv, laqeyd münasibət göstərməsi bizim xeyrimizə deyil.
“Rəsul Quliyev mənə 1-2 faiz səs veribsə, böyük şeydir, sağ olsun”
- Fərəc bəy, sizin müxalifətçi olmadığınızı düşünənlər də var. Siz özünüzü real müxalifətçi sayırsınızmı? Müxalifətçi olaraq sizin haqqınızda belə düşününənlərin fikirlərini dağıtmaq üçün hansısa addımlar atmağı düşünmüsünüzmü?
- Yox, əlbəttə. Nə düşünməliyəm ki? Siz nə qədər mövcudsunuzsa, sizin haqqınızda kifayət qədər fikirlər var. Amma siz nəsinizsə, osunuz. Milli-azadlıq hərəkatına qədərki fəaliyyətim olub. Hərəkatın özündə azdan-çoxdan rolum olub. 20 yanvar faciəsi zamanı yeganə alternativi olmayan yarımleqal qisas təşkilatı yaratmışıq. Sərhəd hərəkatında fəaliyyətim olub. Milli Ordunu yaradanlardan biri olmuşam. Qanunsuz silahlı dəstə yaratmaq ittihamı ilə “mükafatlandırılıb” 7 il siyasi məhbus kimi həbsdə olmuşam. 1990-cı ildə parlamentdə olmuşam, indi də parlamentdəyəm və Avronestdə Azərbaycanı təmsil edən 10 deputatdan biriyəm. Fəaliyyətimiz ortadadır. Kimin haqqımda nə düşünməyi məni maraqlandırmır. Mən onlara əhəmiyyət vermirəm. Ortaq rəqəmlərlə deyim ki, namizədin cəmiyyətdə 10 faiz tərəfdarı və 10 faiz də qəti əleyhdarı olur. 80 faiz cəmiyyətlə işləyirsən ki, onlar sənin fikrini qəbul etsin. İndi mən də çalışıram ki, həmin 80 faizlə işləyəm. Onların dərdi dərdim olsun və birlikdə problemləri çözək. Müxalifətçiliklə bağlı kiminsə Dədə Qorqudluq edib bizə ad qoymasına, sertifikat verməsinə ehtiyac yoxdur.
- Rəsul Quliyevin seçkilərin nəticəsi ilə bağlı proqnoz verib. O, İlham Əliyevin 70-80, sizin 1-2 faiz səs toplayacağını deyib. Rəsul Quliyevin ölkədən kənarda olduğu, gələ bilmədiyi halda siyasi şərhlər, Milli Şuraya və müxalifətə məsləhət verməsini necə qiymətləndirirsiniz?
- Rəsul bəy mənə 1-2 faiz səs veribsə, bu, böyük şeydir, sağ olsun (gülür). Mən məhbəsdə olan, xəstə olan və öz iradəsindən asılı olmayaq mühacirətdə olan insanlar haqda danışmıram. Çünki onların imkanları mənim imkanlarımla bir deyil. Buna görə də onun dedikləri haqda fikir bildirmək istəmirəm. O da bizim resursumuzdur. Ölkəyə qayıtsa, burada fəaliyyət göstərsə, qiymətləndirmə aparsa, daha yaxşı olar.
- Hakimiyyətə gəlsəniz, indi mühacirətdə olanları, ölkədən küsüb gedənləri Azərbaycana dəvət edəcəksinizmi?
- Mən bu məsələni Milli Məclisdə də qaldırmışam. Ölkədə böyük bir amnistiyaya ehtiyac var. Bu amnistiya təkcə həbsdə olanların azadlığa buraxılması demək deyil. Bu, mühacirətdə olanlara da aid edilməlidir. İnsanların günahları ola bilər. Ağır cinayətlər - vətənə xəyanət, insanları öldürmək, namus məsələsi başqa. Amma xətasız insan olmur. Bütün siyasi mühacirlər, ölkədən gedənlər bağışlanmalıdır. Bundan sonra kim səhvlərini təkrar edərsə, cəzalandırılmalıdır. Kənarda olan adamlarımıza sahib çıxmalıyıq. Biz sahib çıxmasaq, düşmən sahib çıxacaq. Milli Şuraya baxaq. Əvvəlcə “Miliyarderlər ittifaqı” yaradıldı. Orada olanlar pullu azərbaycanlılardır. İtirən kim oldu? Azərbaycan və miliyarderlər. Qazanan isə Rusiya oldu. Bizimkiləri başqa bir ölkənin zehniyyətinin Azərbaycana gətirilməsi kimi bir projenin içinə saldılar, aldatdılar. İndi onların heç biri Azərbaycana gələ bilməyəcək. Dövlətlə düşmən oldular. Gedən bizim kisəmizdən getdi. Onlar həmin miliyardalarını öz ölkəmizdə investisiya kimi qoya, ölkəmizin xeyri üçün çalışa bilərdilər. Niyə mənim insanım bizə kənardan düşmən olmalıdır? Onlara belə amnistiya vermək lazımdır. Çalışmalıyıq ki, içimizdən olan insanları kimsə yanına çəkməsin. İran imanlı adamlarımızı aldadıb yanına çəkərsə, Rusiya bu şəkildə adamlarımızı öz qarmağına keçirərsə, biz zəifləyərik. Buna imkan verməməli və öz adamlarımızı onların qucağına atmamalıyıq. Hakimiyyətə gəlsəm, amnistiyanın həyata keçirilməsində və ölkədən kənarda olan vətəndaşlarımızın Azərbaycana gətirilməsini təmin etməkdə maraqlıyam.
- Milli Şuranın Rüstəm İbrahimbəyova qədər və indiki Cəmil Həsənli ilə şansını necə qiymətləndirirsiniz? Onlar sizə rəqib ola bilərmi?
- Mən Milli Şuranın qılıncının sağlı-sollu kəsdiyi vaxtda fikirlərimi bildirmişəm. Yazıqlar olsun ki, dediklərim öz təsdiqini tapdı. Mən belə olmasını istəmirdim. Bayaq da dedim “Miliyarderlər ittifaqı”nda, Milli Şurada olanlar bizim kisəmizdən gedirsə, bu, xalqımızın üçün itkidir. Yalnışlıq içindədilər. Düşünmürəm ki, Cəmil Həsənlinin seçilməsi ilə Milli Şura üçün nəsə dəyişsin. Rüstəm İbrahimbəyov Kreml məmuru Volodinin bir filmini çəkirdi. Sadəcə olaraq aktyorların yeri dəyişdi. İbrahimbəyovun bu məsələlərdə geri çəkiləcəyi əvvəldən görünürdü. Bu proje yalnış idi. Mənə rəqib olmaqdan söhbət gedə bilməz. Əlbəttə ki, mənə rəqib ola bilməzlər. 49 təşkilatdan ibarət olan bir qurum mitinq keçirdi, cəmi 3 min adam yığıldı. Bu, cəmiyyətdəki inamsızlığı göstərir. Onlar bununla nə edə bilərlər? Hələ Milli Şurada olan ziddiyyətləri, fikir ayrılıqlarını, hər gün gedən çəkişmələri demirəm. Cəmil müəllimə gəlincə isə onun xətrini çox istəyirəm. Onu yaxşı tanıyıram, yaxın dostumdur. Təəssüf ki, o da bu projenin içindədir. Orada olmaq istəmirdi, son anda onu razılığa gətirdilər.
“Müxalifət Cəmil Həsənlini üzdən-gözdən salıb məğlubiyyəti ona yüklədi...”
- Cəmil müəllimi yaxından tanıdığınızı deyirsiniz. Vahid namizəd olmağa razılaşmasına səbəb nə oldu?
- Cəmil müəllim gözəl insandır, böyük alimdir. Azərbaycan qarşısında böyük xidmətləri olub. İnsan seçki ərəfəsində öz rəqibini tərifləməz. Amma Cəmil müəllim haqqında fərqli fikirlərim olsaydı, bunları deməzdim. Prezidentlik iddiası olan şəxs on illərlə mübarizə aparır. Bu, iki-üç gün ərzində verilən bir qərar deyil. Müxalifət Cəmil Həsənlinin yumşaqlığından istifadə etdi. Onu üzdən-gözdən saldı. Bəziləri də kimlərinsə arxasında gizlənmək istəyirdisə, Cəmil Həsənlini qabağa verdilər. O adamlar sabah deyəcəklər ki, nə edək, bunu seçdik, amma alınmadı. Özləri məğlub olmaq istəmirlər. Məğlubiyyəti Cəmil Həsənliyə yüklədilər. Cəmil Həsənlinin də dostluqda üzü kəsmədi, getdi. Mən onu belə tanıyıram.
- Fərəc bəy, tam səmimi deyin: seçkidəki şansınızı necə qiymətləndirirsiniz?
- Mən arzu edirəm ki, ölkədə demokratik seçki olsun. Həqiqətən ölkədə demokratik seçki olarsa, çox ciddi səs faizləri ilə irəli çıxmaq imkanlarım var. Biz regionlarla yaxşı işləmişik. Departamentlərimiz çalışıb. Parlamentdə və Avronestdə fəaliyyətim uğurlu olub. Komandamız güclüdür. Amma ölkədə bu yanaşma necə olacaq, bunu deyə bilmərəm. İndi burada proqnoz versəm ki seçkidən qələbə ilə çıxacam, bu, düzgün olmaz. Qələbəyə inamı olmayan gərək bu seçkiyə girməsin. Bu, əminlikdən irəli gələn bir şey deyil. Görüşdüyüm, əlaqə saxladığım adamların rəyinə, təşkilatımızın fəaliyyəti ilə bağlı yerlərdəki sosial sorğularımıza baxdıqda özümü olduqca inamlı hiss edirəm. YAP haqqında çox danışırlar. İmkanlarının yüksək olduğunu deyirlər. Belə deyil. Reytinqi çox aşağı səviyyədədir. Cəmiyyət tərəfindən sevilmir. Digər partiyaların da vəziyyətini görürük. Gerçək demokratik seçki olsa, qalib gələcəyimə qətiyyən şübhəm yoxdur.
- Seçki idman kimidir. Burada məğlub olmaq da var. Bu seçkidə məğlub olsanız, qalibin əlini sıxmağa hazırsınızmı?
- Mübarizə dönəmimdə heç məğlub olmadım. Sərhəd hərəkatına əl qoyduq sərhədləri dağıtdıq. Ordu yaratmaq istədik, ordunu yaratdıq. Bayrağımızı qaldırdıq, müstəqil dövləıt qurmaq istədik. Bunu da etdik. Müstəqilllik qazandıqdan sonra istədik ki, bu dövlət 50 milyonluq azərbaycanlının dövləti olsun. Bu da oldu. İndiki prezident deyir ki, Azərbaycan dövləti 50 miliyonluq Azərbaycan türkünün dövlətidir. Bizim indiki iddiamız odur ki, dövləti idarə etməkdə təmsil olunaq. Hakimiyyət bizim üçün məqsəd deyil, bir vasitədir. Çox iddialıyıq. Mən hesab etmirəm ki, bizim məğlub olmaq şansımız var. Hesab edirəm ki, bizim qalib olmaq imkanlarımız daha çoxdur. Amma demokratik yolla məğlub olsaq və daha gözəl platforma, komanda və istəklərlə başqa birisi hakimiyyətə gəlsə, bu, hansısa bir namizədin məğlubiyyəti kimi görünsə də əslində xalqın qələbəsi olacaq. Çalışmalıyıq ki, daha yaxşı zehniyyət iş başına gəlsin. Onda biz məmnuniyyətlə, sevə-sevə həmin namizədin əlini sıxarıq. Bu gün siz də, mən də Qarabağı azad edəcək namizədin əlini sıxmağa hazırıq. Əsas budur. Arzum odur ki, milli iradəyə hörmət olunsun, demokratik seçki olsun. Qalanına baxarıq. Məğlub olaramsa, hansı addımları atacağımı düşünmədiyim üçün bu suala cavab verə bilməyəcəyəm. Məncə, bu, məğlubiyyətin hansı formada olacağından daha çox asılıdır.
Ülviyyə Xuduzadə, İlkin Muradov
Virtualaz.org

Bu xəbər oxucular tərəfindən 2130 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |