18.09.2013 [11:10] - İdman
Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.Siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün heç də uğurlu alınmayıb. Peter Zayzenbaherin başçılıq komandamızda 1 idmançı istisna olmaqla, digərləri ya mövqelərini qoruyub, ya da geriləyiblər.
Belə ki, təmsilçilərimizdən Nicat Şıxəlizadə (66 kq) 3, Elnur Məmmədli (81 kq) 2, İlqar Müşkiyevlə (60 kq) Tərlan Kərimov (66 kq) hərəyə 1 pillə aşağı düşüb. Onlar öz çəkilərində müvafiq olaraq, 10-cu, 50-ci, 14-cü və 34-cü yerləri tuturlar.
Dünya çempionumuz Elxan Məmmədov (100 kq) da liderliyini qoruyub. O, yenə bütün rəqiblərindən öndədir. Məmmədov kimi Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) da mövqelərini qoruyublar. Cüdoçularımız müvafiq olaraq, 22-ci, 12-ci, 26-cı, 7-ci (hər ikisi) və 16-cıdırlar.
Son yarışlarda tatamiyə çıxmayan Ramilə Yusubova (63 kq) isə yeganə irəliləyən həmyerlimizdir. O, rəqiblərinin geriləməsi səbəbindən 55-ci yeri 54-cü yerə dəyişib.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

Bu xəbər oxucular tərəfindən 1122 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |