18.09.2013 [14:19] - Gündəm, Siyasi partiyalar, Fərəc Quliyev
“Türkiyə və Gürcüstan Minsk Qrupunun həmsədrləri olsun, AB aktiv siyasi dialoqa cəlb olunsun”
Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı hakimiyyətin yürütdüyü xarici siyasətdə köklü dəyişikliklər ediləcək.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev daim Qarabağ probleminin həlli yolunda Azərbaycan hakimiyyətinin fəaliyyətini qeyri-operativlikdə suçlayıb. O, Milli Məclisdəki çıxışları zamanı da bu məsələ ilə bağlı tənqidi fikirlərini səsləndirməklə bərabər, öz təkliflərini də irəli sürüb. F.Quliyevin bütün tənqidləri ictimaiyyətdə haqlı qarşılanıb və irəli sürdüyü təkliflər təqdirəlayiq hesab olunub.
Millət vəkili Milli Məclisin 14.02.2012-ci il tarixli iclasındakı çıxışında bildirmişdi ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı qeyri-daimi üzvlüyünün səlahiyyətlərindən yetərincə yararlanmır. F.Quliyev təklif etmişdir ki, bu imkandan istifadə etməklə biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəyişilməsini gündəmə gətirə bilərik. O, verdiyi təklifin əsaslandırılmasını da təqdim etmişdir: “BMT-də münaqişə baş verən ölkənin qonşuluğunda yaşayan dövlətlər, bu ədavətdən daha çox əziyyət çəkdiyinə görə, qonşu dövlətlərin regional təşkilatlarda münaqişələrin həllində vacib rol oynaması məsələləri müzakirə olunub. Məncə, Milli Məclis bu istiqamətdə xarici işlər nazirliyinin dinləməsini keçirməli,ümumi məlumata malik olmalıdır. Bu çox vacibdir. Sonra biz yuxarıda göstərilən yanaşmanı əsas götürüb, Qarabağ münaqişəsində Minsk Qrupu tərkibində Gürcüstan vəTürkiyənin, Rusiya və Fransanın yerinə vasitəçiliklərini gündəmə gətirə bilərik. Azərbaycan BMT Təhlükəsizlik Şurasinda çox da uzun zaman qeyri-daimi üzv olmayacaq. Biz bu üstün mövqeyimizi dəyərləndirməliyik.
Bundan əlavə F.Quliyev bir neçə dəfə təklif etmişdir ki, Milli Məclis BMT-yə öz tərəfindən qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrinin icrası məsələsi ilə bağlı müraciət etməlidir.
Millət vəkili münaqişənin həllində Avropa Birliyinin roluna üstünlük verilməsini daha əhəmiyyətli hesab edir. Bu barədə onun Milli Məclisdə bir neçə dəfə təklifi olmuşdur. Təklifə görə ATƏT-in Minsk Qrupu informativ yardımçı rolda olması şərti ilə, AB-nin əsas rolda olması imkanları araşdırılsın və münaqişənin həlli üçün aktiv siyasi dialoq prosesinə cəlb olunsun.
Prezidentliyə namizəd, istiqlalçı deputat Fərəc Quliyev dəfələrlə səsləndirdiyi və rəhbərlik etdiyi partiyanın siyası mövqeyi kimi ortaya qoyduğu bu yanaşma onun seçki platformasında da geniş şəkildə əsalandırılıb. F.Quliyev seçiləcəyi təqdirdə, Qarabağ problemi ilə bağlı hazırkı hakimiyyətin yürütdüyü siyasətdə köklü dəyişikliklər etmək və fəliyyət aktivliyini artırmaq niyyətindədir.
Milli Dirçəliş Hərəkatı Partiyasının
Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 1674 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |