Şrift:
Bədbəxt hadisələrə görə cəzalar sərtləşdirilir
18.09.2013 [14:48] - Sosial
Sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1500, hüquqi şəxslər isə 5000 manat cərimə ediləcək
Siyasət Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələrə görə cəzalar sərtləşdirilir.APA-nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1500, hüquqi şəxslər isə 5000 manat cərimə ediləcək.

Komitə sədri Hadı Rəcəbli bildirib ki, bu dəyişikliklər sığorta olunanlar və sığortalıların hüquqlarının qorunması ilə əlaqədar inzibati məsuliyyətin gücləndirilməsi məqsədi ilə edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed