19.09.2013 [09:49] - Gündəm, Siyasi partiyalar, Fərəc Quliyev
Ermənistanın separatçı rejiminin daha bir təxribatı Azərbaycan ərazisində “Beynəlxalq Aeroport” açmaq cəhdidir. Azərbaycanın buna yol verməyəcəyini görən erməni hakimiyyəti iyrənc hiyləyə əl atdı. Belə ki, Azərbaycan tərəfi ərazilərində qanunsuz uçuşlar həyata keçirən təyyarələri vuracağını bildirdikdən sonra, Ermənistan əslində hərbi məqsədlər üçün nəzərdə tutulmuş Xocalı Aeroportunun mülki və ticari aviareyslərə açılmasını bəyan etməklə, bizi öz aləmində haqsız duruma salmağı planlaşdırdılar. Çünki, bir çox beynəlxalq hüquq normalarına görə mülki və ticari məqsədlə uçuş həyata keçirən təyyarələri vurmaq doğru addım sayılmır. Hətta, qarşı tərəf bütün hüquq normalarını pozacağı təqdirdə içərisində mülki insanları daşıyan təyyarə müxtəlif vasitələrlə geri qayıtmağa, ya da başqa aeroporta enməyə vadar edilməlidir ki, ölkəmizin Qarabağ səmasında bu tədbiri həyata keçirmək imkanı məhduddur. Deməli, Fərəc Quliyevin təbirincə desək, erməni hakimiyyəti öz vətəndaşlarından canlı qalxan kimi istifadə etməyə çalışır. Beləliklə də, bizi haqlı olarkən, haqsız duruma salmağı planlaşdırırlar.
Erməni hakimiyyətinin bu iyrənc hiyləsinə cavab olaraq Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fərəc Quliyev təklif edib ki, Azərbaycan sözügedən uçuşu gözləmədən Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunu, öz vətəndaşlarından canlı qalxan kimi istifadə etməyə çalışdığını bəyan etməli və müəyyən əməli tədbirlərə əl atmalıdır: “Məsələn, belə tədbirlərdən biri Xocalı Aeroportunun ATC (air traffic control) qülləsini sıradan çıxarmaq ola bilər. Yəni, hədəf atışları nəticəsində aeroport tam yararsız hala salınmalı və rəsmilərimiz bunu mülki vətəndaşlara xətər yetirməmək üçün həyata keçirməyə vadar olduqlarını bildirməlidirlər.”
Bu isə öz növbəsində beynəlxalq qanunlara uyğundur. Belə ki, Çikaqo konvernsiyasının 89-cu maddəsinə görə, bizim öz hava sahəmizi düşmən tərəfinə və onun müttəfiqlərinə bağlamaq hüququmuz var. Azərbaycanın isə buna imkanları var. Hətta, az əvvəl rusiyalı məmurların ermənistandan verdiyi ironiyalı bəyanatlarından sonra həvəslənərək İrəvan-Xocalı avia uçuşuna hazırlaşan Ermənistan hakimiyyəti bir gün sonra məyusluqla üzləşdi. Çünki, elə həmin gün Azərbaycanın hərbi imkanlarını analiz edən Rusiya bizim bu imkanlara yetərincə sahib olduğumuzu onlara başa sala bilmişdi. Ardınca isə Azərbaycanın keçirdiyi Hərbi Paradda uzaqməsafəli raket komlekslərinin nümayişi onu göstərdi ki, F. Quliyevin təklifini qüsursuz həyata keçirmək silahlı qüvvələrimizin imkanları daxilindədir. Millət vəkilinin təklifi həm beynəlxalq qanunlara əsaslanır, həm də ermənilərin növbəti bu separatizminin və sözügedən hiylələrinin qarşısını almaq üçün ən mükəmməl variantdır.

Bu xəbər oxucular tərəfindən 2261 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |