19.09.2013 [10:23] - Gündəm, Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Bu gün Azərbaycanın dahi şairi Seyid Məhəmmədhüseyn Şəhriyarın vəfatından 25 il keçir.
Seyid Məhəmmədhüseyn Behcət Təbrizi daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan şairidir. Şeirlərini Azərbaycan və fars dillərində yazıb. Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. O, ibtidai və orta məktəbləri Təbrizdə bitirib, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs alıb. İlk şeiri Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc olunub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pejman Bəxtiyarinin müqəddimələri ilə nəşr edilib.
Milli ədəbiyyatın, mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə Şəhriyarın "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunub. Həmin nəşrə müqəddimə yazmış alimlər - Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək dəyərləndirlər; haqlı olaraq bu poemanın (şeir) dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını qeyd ediblər.
Şəhriyarın vəfat etdiyi gün - hicri-şəmsi təqvimlə şəhrivər ayının 27-si (sentyabrın 17 və ya 18-i) 2002-ci ildən İran Parlamentində Milli Şeir və Ədəbiyyat Günü kimi təsdiq olunub. Bu münasibətlə İranın müxtəlif şəhər və rayonlarında, ən çox isə Güney Azərbaycanda Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılır.
M.Şəhriyar 1988-ci il 18 sentyabrda vəfat edib. Vəsiyyətinə görə Təbrizin Şairlər məqbərəsində dəfn olunub.
Videonu buradan izləyin

Bu xəbər oxucular tərəfindən 995 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |