21.09.2013 [11:56] - Xəbərlər
Bu hesabat Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azad və ədalətli seçkilər uğrunda” Jurnalist Təşkilatları və QHT Koalisiyasının həyata keçirdiyi “2013-cü il prezident seçkilərinin monitorinqi” layihəsi çərçivəsində hazırlanıb. Məzmuna görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası məsuliyyət daşımır.
Layihənin məqsədi 9 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti postuna seçkilərin azad, ədalətli, demokratik keçirilməsinə yardım göstərilməsidir.
Layihə çərçivəsində monitorinqin 1-ci mərhələsində namizədlərin irəli sürülməsi, namizədlərin imzatoplama kampaniyası, namizədlərin qeydiyyatı prosesinin monitorinqi aparılıb.
- Monitorinq zamanı bütün açıq mənbələrdən məlumatlar toplanıb və analiz edilib;
- Seçiçilərin təşəbbüs qrupları və namizəd irəli sürmüş siyası partiya və siyası partiya blokları, namizədlərin seçki qərargahlarının nümayəndələri ilə görüşlər keçirilib;
- Şəmkir, Tovuz rayonlarında, Şəki şəhərində seçicilərlərlə görüşlər keçirilib.
Hazırkı aralıq hesabat 1 iyun – 17 sentyabr 2013-cü il dövrü əhatə edir.
Seçkiqabağı mühit, media azadlığı
Monitorinq prosesi zamanı siyasi partiyalar və medianın sərbəst fəaliyyəti üçün hər hansı məhdudlaşdırıcı faktorlar, müdaxilə və təzyiqlər qeydə alınmamışdır.
Siyasi partiyaların, medianın və vətəndaş cəmiyyəti institutlarının 9 oktyabr prezident seçkilərinə fəal hazırlaşdıqları müşahidə olunur. Ümumiyyətlə, cəmiyyət səviyyəsində 9 oktyabr seçkiləri ilə bağlı canlanma və fəallıq diqqəti çəkir. Bölgələrə monitorinq səfərləri, seçicilərlə görüşlər vətəndaşların seçkiyə hazırlıq prosesini diqqətlə izlədikləri və məlumatlı olduqlarını göstərib. Əvvəllki illərlə müqayisədə seçicilərin seçki prosedurları, seçkilərdə müşahidəçilik, səsvermə prosedurları, imzatoplama kampaniyası ilə bağlı daha məlumatlı olduqları diqqət çəkir.
Azərbaycanda dövlət qeydiyyatından keçmiş 55 siyasi partiyadan 8-nin sədri prezidentliyə namizəd kimi qeydə alınıb. Bu isə dövlət qeydiyyatına alınmış partiyaların 14.54 faizinin deməkdir. Ümumilikdə, dövlət qeydiyyatında keçmiş partiyaların 50 faizdən çoxunun bu və ya digər formada (namizəd irəli sürülməsi, seçki koalisiyalarında təmsil olunmaq) seçki marafonunda fəal iştirakı qeydə alınıb. 21 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb və onların namizədliyi MSK tərəfindən təsdiqlənib. Ümumilikdə, 11 partiya namizəd irəli sürüb.
Qeydiyya alınan 10 namizəddən 8-i siyasi partiyaları təmsil edir. Namizədləri qeydə alınan partiyaların 5-i Milli Məclisdə təmsil olunur. Həmçinin, qeydiyyata alınmış namizədlərin 5-i millət vəkilidir. Bu amil artıq parlament partiyası imici qazanan siyasi partiyaların ictimai-siyası proseslərə getdikcə daha çox nüfuz etdiyini göstərir. Qeydiyyata alınan namizədlərin 8-i müxalif partiyaları təmsil edir. Bu partiyaların 4-ü parlament müxalifətini təmsil edir. Namizədlər sırasında seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülən cəmi 1 namizəd imzatoplama kampaniyasını uğurla başa vuraraq namizədliyinin qeydə alınmasına nail olub. Bu fakt bir daha nümayş etdirib ki, ölkənin siyasi həyatında partiyalar əhəmiyyətli rolunu saxlamaqda davam edirlər.
Namizədlərin sayının çox olması və siyası partiyaların seçki marafonunda fəal iştirakı 9 oktyabr prezident seçkilərinin azad, ədalətli və dünyada qəbul olunan demokratik standartlara uyğun keçirilməsinə əlverişli zəmin yaradır. Azad və ədalətli seçkilərin əsas şərtlərindən biri olan alternativlərin çoxluğu seçicilərə öz siyası baxışlarına uyuğun olaraq real seçim imkanı verir.
Monitorinq prosesi zamanı siyası partiyaların, media və vətəndaş cəmiyyəti institutlarının 9 oktyabr prezident seçkiləri ilə bağlı sərbəst fəaliyyəti üçün bütün imkanlar yaradıldığı, siyasi təzyiq, məhdudlaşdırıcı addımlar kimi qiymətləndirilə biləcək heç bir təşəbbüs və hərəkətlər qeydə alınmayıb.
Siyasi partiyalara, namizədlərini irəli sürən şəxslər və bütün maraqlı tərəflərə qanunvericiliklə qadağan edilməyən bütün növ fəaliyyətlərin həyata keçirilməsinə şəait yaradılıb. İcra hakimiyyəti strukturlarının, yerli özünüidarəetmə orqanları və seçki adminstrasiyasının qanun çərçivəsində fəaliyyət göstərdiyi və kənar müdaxilələrin olmadığı qeydə alınıb.
Monitorinq zamanı KİV-in, jurnalistlərin sərbəst fəaliyyətinə, prezident seçkiləri ilə bağlı proseslərin işıqlandırılması, informasiyaya çıxış imkanları ilə bağlı hansısa məhdudulaşdırıcı, yaxud söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə biləcək kənar müdaxilələr qeydə alınmayıb. Prezident seçkiləri ilə bağlı internet medianın xüsusi fəallığı nəzərə çarpır. Seçicilərlə görüşlər zamanı onların, xüsusən iri şəhərlərdə informasiya mənbəyi kimi daha çox internet media və sosial şəbəkələrə üstünlük verdikləri məlum olub. Çap mediası da ənənəvi olaraq prezident seçkiləri ilə bağlı xəbərləri diqqətdə saxlamaqda davam edir. Tənqidçi mövqeyi ilə seçilən internet media və qəzetlərin seçkilərlə bağlı informasiya əldə etmək, sərbəst yaymaq və polemika və müzakirələr təşkil etməklə bağlı fəaliyyətlərinə hər hansı məhdudlaşdırıcı addım kimi qiymətləndirilə biləcək faktlar qeydə alınmayıb.
Sosial şəbəkələrdən istifadə, sosial şəbəkələrə giriş, öz fikirlərini sərbəst ifadə etmək, müzakirə və polemikalara qatılmaq, onlayn-sorğularda iştirak etməklə bağlı söz və ifadə azadlığına xələl gərirə biləcək təşəbbüs və faktlar müşahidə olunmayıb.
Seçki adminstrasiyası və dövlət orqanları tərəfindən seçkilər, siyası partiyaların fəaliyyəti, namizədlər və onların seçki qərargahlarının fəaliyyəti ilə bağlı məlumatlar alınması, sərbədt yayılması ilə bağlı hər hansı müdaxilə və təzyiq faktları aşkarlanmayıb.
Jurnalist Təşkilatları və QHT Koalisiyası hesab edir ki, ölkədəki ictimai-siyasi mühit, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyət, seçkilərə hazırlıqla bağlı görülən tədbilər, ədalətili, demokratik və dünyada qəbul olunan beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsinə imkan yaradır.
İmzatoplama kampaniyası, namizədlərin qeydiyyatı
Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanan “Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin yerinə yetirlmə ardıcıllığını, müddətlərini və subyektlərinin əhatə dairəsini müəyyən edən Təqvim plan”a müvafiq olaraq seçkilərin günü haqda qərarın dərcindən sonra seçici qrupları, siyasi partiyalar, siyasi partiya blokları tərəfindən namizədlər irəli sürülüb,
Prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması avqustun 20-dən başlayıb və sentyabrın 9-da saat 18:00-da başa çatıb. İmza vərəqələrinin və digər sənədlərin yoxlanması və namizədin qeydiyyata alınması və ya alınmaması barədə qərarın qəbulu 7 gün ərzində qəbul olunur.
22 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb və 21 nəfərin namizədliyi MSK tərəfindən təsdiqlənib. Ümumilikdə, 11 partiya və bir siyasi partiyalar koalisiyası, 3 seçicilərin təşəbbüs qrupu namizəd irəli sürüb.
Mərkəzi Seçki Komissiyası yalnız bir nəfərin namizədləyini təsdiqləməkdən imtina edib. 22 iddiaçı namizədliklərinin irəli sürülməsinin təsdiq olunması üçün tələb olunan müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmiş və onlardan 21-nin namizədliyinin irəli sürülməsi təsdiq edilmişdir. Bir nəfərin, “Milli Şura” seçicilərin təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədliyi təsdiq edilməyib. Bunula bağlı MSK-nın qərarında qeyd olnub ki, R.İbrahimbəyovun namizədliyinin təsdiq edilməsi üçün təqdim edilmiş sənədlər araşdırılarkən onun Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Prezidenti seçilmək üçün namizədlərə dair tələblərə cavab vermədiyi məlum olub. MSK Konstitusiyanın 56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə əsasən R.İbrahimbəyovun namizədləyini qeydə almaqdan imtina barədə qərar çıxarıb.
MSK – nın qərarı ilə bağlı qarşı tərəf məhkəməyə müraciət etsə də, iddia təmin edilməyib.
İmzatoplama kampaniyası 9 sentyabr 2013-cü il tarixdə saat 18.00-da başa çatıb. MSK-dan imza vərəqələri götürən 21 namizədliyi təsdiqlənmiş şəxsdən 6 nəfəri imza vərəqlərini təqdim etməyib.
İmzatoplama kampaniyası sakit məcrada, qanunvericiliyin tələblərinə əməl olunmaqla keçib. Jurnalist-QHT Koalisiyasının bölgələrdə keçirdiyi görüşlər zamanı məlum olub ki, seçicilər sərbəst şəkildə imzatoplama kaampaniyasında iştirak ediblər. Seçki adminstrasiyası və yerli icra hakimiyyəti orqanlarının kampaniyaya müdaxiləsi, seçicilərlərə təzyiqlərlə bağlı hər hansı fakt qeydə alınmayıb.
KİV-in ilkin monitorinqi də göstərir ki, imzatoplama kampaniyasına müdaxlilələrlə bağlı təsdiqlənmiş faktlartla bağlı məlumat və xəbərlər verilməyib.
İmza vərəqəsi təqdim edən namizədliyi təsdiqlənmiş şəxslərdən “Azadllıq” Partiyasının sədri Əhməd Oruc, “Vətəndaş və İnkişaf” Partiyasının sədri Əli Əliyev, ALDP sədri Fuad Əliyevin, "İctimai Tədqiqatlar Mərkəzi” İctimai Birliyi, sədr (QHT), öz təşəbbüsü ilə namizdəliyini irəli sürən sahibkar, Məmmədov İlqar Eldar oğlunun namizədliyi qeydə alınmayıb. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.6, 59.10 və 59.12-ci maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az oduğuna görə bu şəxslərin namizədliyi qeydə alınmayıb. Namizədliyi qeydə alınmayan şəxslər məhkəməyə müraciət edəcəklərini açıqlayıblar.
Ümumilikdə, imza vərəqlərini MSK-ya qaytaran 15 namizəddən 5-nin namizədliyi qeydə alınmayıb.
Sərbəst toplaşmaq azadlığı
"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq paytaxt və bölgələrdə kütləvi aksiyalrın keçirilməsi üçün müvafiq yerlər ayrılıb.
Demokrtaik Qüvvələrin Milli Şurası Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin stadionunda mitinq keçirib. Mitinq dinc şəraitdə və insidentsiz başa çatıb.
"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa və Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq sentyabrın 16-dan başlayan təbliğat-təşviqat kampaniyası oktyabrın 8-də yekunlaşacaq. Bu dövr ərzində prezidentliyə namizədlərin seçicilərlə açıq havada və qapalı yerlərdə görüşlər, kütləvi tədbirlər keçirməsi üçün MSK Bakı şəhərinin rayonlarında və digər şəhər və rayonlarda iki yer ayırıb. Yerlərdən biri açıq havada kütləvi tədbirlər üçün müəyyən olunmuş meydan, digəri isə zaldır.
Rəsmi dövlət qəzeti olan “Azərbaycan” hər bir rayon və şəhər üçün ayrılmış yerlərin siyahısını dərc edib.
Secici siyahıları
Respublika üzrə seçici siyahıları seçicilərin tanış olması məqsədilə seçki məntəqələrində divardan asılmaqla yanaşı, həmçinin 2005-ci ilin əvvəllərindən etibarən MSK-nın internet səhifəsində də yerləşdirilmişdir.
Habelə, seçici səs verəcəyi məntəqənin yerləşdiyi ünvan, şəhərlərdə sözügedən ərazinin xəritəsi, həmin ünvan istiqamətində hərəkət edən nəqliyyat vasitələri barədə lazımi məlumatları bu səhifədən əldə edə bilər. Seçicilər məlumatlarında aşkar etdikləri yanlışlıqların aradan qaldırılması ilə bağlı 115 nömrəli “qaynar xətt”ə zəng vura, yaxud internet səhifəsindəki müvafiq “on-line” ərizə formasını dolduraraq Mərkəzi Seçki Komissiyasına ünvanlaya bilərlər. Bu məlumatlar bir daha nəzərdən keçirilir və lazımi dəqiqləşdirmələr aparılır.
Seçici siyahıları ilə əlaqədar fəaliyyət göstərən 115 nömrəli “qaynar xətt”ə may ayından sentyabrın 1-dək 241 zəng daxil olmuş, bütün müraciətlərə MSK tərəfindən operativ reaksiya verilmiş və lazımi tədbirlər görülmüşdür . Bundan başqa may ayından başlayaraq sentyabrın 1-dək MSK-ya 3701 on-line müraciət daxil olmuş və bütün müraciətlərlə bağlı operativ qaydada dərhal tədbirlər görülmüşdür.
Seçicilərin öz adlarını siyahılarda yoxlaması üçün MSK müxtəlif vasitələrlə intensiv təşviqat kampaniyası aparıb. “Adınızı seçici siyahısında yoxlayın”, “Seçicilər siyahısında adınızı yoxlamağı unutmayın”, “Mərkəzi Seçki Komissiyasının qaynar xətti - 115”, “Seçici siyahıları internetdə”, eləcə də seçkilərə çağırış mövzulu ümumilikdə 34 adda yüz minlərlə çağırış plakatı hazırlanaraq respublikanın bütün bölgələrində əhalinin xüsusilə sıx olduğu yerlərdə (ticarət və əyləncə mərkəzləri, avtobus dayanacaqları və digər sosial məişət obyektlərində) nümayiş etdirilir.
İndiyə qədər seçki marafonuna qoşulan siyası partiyalar tərəfindən seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı hər hansı neqativ faktlar barədə məlumatlar daxil olamyıb. Eyni zamanda KİV-də bu barədə təsdiqlənmiş məlumat və faktlarla bağlı xəbərlər dərc olunmayıb.
Seçki administrasiyasının fəaliyyəti
MSK seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı hazırlığın və ehtiyacların öyrənilməsi məqsədilə 2012-ci ilin oktyabrın 8-dən başlayaraq respublika üzrə bütün dairə seçki komissiyalarında iş şəraitinin və maddi-texniki vəziyyətin öyrənilməsi ilə bağlı maarifləndirmə-monitorinq tədbirləri həyata keçirmişdir. Təqribən 1 ay ərzində Mərkəzi Seçki Komissiyasının üzvlərindən və Katibliyin əməkdaşlarından ibarət monitorinq qrupları 125 dairə seçki komissiyasının fəaliyyətini yoxlamışlar.
Mərkəzi Seçki Komissiyası Prezident seçkilərilə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində polisin seçki prosesində rolu haqqında məlumatının artırılması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə 13, 15, 17 və 20 iyul tarixlərində paytaxt Bakıda və bölgələrdə “Polis əməkdaşlarının seçkilərdə iştirakı” mövzusunda regional seminarlar keçirmişdir. Həmçinin, MSK "Polis əməkdaşlarının Prezident seçkilərində iştirakına dair Yaddaş Kitabçası” hazırlayaraq çap etdirmişdir.
2 mərhələdən ibarət olmaqla təxminən 6000-dən artıq seçki rəsmisini əhatə etmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib. Layihənin birinci mərhələsində nəzərdə tutulduğu kimi 2013-cü ilin 29 iyul – 4 avqust tarixlərində dairə seçki komissiyalarının sədrləri üçün Bakı şəhərində Mərkəzi Seçki Komissiyası tərəfindən bir həftəlik tədris kursu keçirilmişdir. Layihənin ikinci mərhələsinin yerlərdə icrası avqustun 5-7-də baş tutmuşdur.
ATƏT-in Bakı ofisi ilə birgə informasiya sessiyaları keçirilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilmiş informasiya sessiyaları avqustun 23-də Bakı şəhərində “Four seasons” otelində Bakının və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün keçirilmişdir. Avqustun 27-də Mingəçevirdə, avqustun 31-də isə Şirvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün eyni səpkili sessiyalar keçirilmişdir.
Azərbaycan və ingilis dillərində “Seçki günü üçün yaddaş” kitabçası hazırlamış və aşağı seçki komissiyalarına paylanılmışdır. “Seçki günü üçün yaddaş” kitabçası müşahidəçilərə və digər iştirakçılara çatdırılması məqsədilə DSK-lara, siyasi partiyalara və müraciət etmiş digər təşkilatlara təqdim olunmuşdur.
Təbliğat-təşviqat kampaniyasına hazırlıq
Sentyabrın 1-dək seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı təklif etmiş 51 KİV (27 qəzet və jurnal, 21 agentlik, 3 TV və radio) tərəfindən namizədlərə təklif olunan qiymətlər Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş və bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilmişdir. Habelə, hər bir seçki məntəqəsi ərazisində 2 ədəd olmaqla, ümumilikdə namizədlərin təbliğat materialları üçün 10000-dən artıq lövhələr qurulmuşdur. Seçkiqabağı təbliğatın mühüm tərkib hissəsilərindən biri olan namizədlərin seçicilərlə görüşləri və yığıncaqları üçün Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra hakimiyyətləri tərəfindən respublikadakı yaşayış məntəqələrində 5000-ə yaxın açıq və qapalı görüş yerləri ayrılması istiqamətində iş aparılır. Namizədlər dairə seçki komissiyasına məlumat verməklə həmin yerlərdən ödənişsiz istifadə etmək imkanına malik olacaqlar. Ümumilikdə, namizədlərin seçicilərlə görüşməsi və onlara öz seçki ismarıclarını çatdırması üçün lazımi şərait yaradılmışdır.
Seçkilərin müşahidəsinə hazırlıq
9 oktyabr Prezident seçkilərini izləmək üçün sentyabrın 1-dək ümumilikdə 2033 yerli müşahidəçi qeydiyyatdan keçmişdir.
Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçirilmiş 1296 yerli müşahidəçidən 451 nəfər siyasi partiyalar, 690 nəfər qeyri-hökumət təşkilatları, 153 nəfər isə öz təşəbbüsü ilə seçkilərə qatılmışdır. DSK tərəfindən akkreditə olunmuşdur. Bu qəbildən olan müşahidəçilərin sayı 737-dir ki, bunlardan da 427 nəfəri siyasi partiyaların, 310 nəfəri isə öz təşəbbüsü ilə müşahidə aparır.
9 oktyabr prezident seçkilərinin yerli vətəndaş cəmiyyəti instutları, QHT-lərin koalisiyalrı tərəfindən də monitoriniq aparılacaq. Azərbaycan Respublikası Preziddenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “QHT Əməkdaşlıq Alyansı” və “Jurnalist QHT Koalisiyası” “ 2013-cü ildə keçiriləcək Prezident seçkisinin monitorinqinin aparılması” layihələrini icra edəcəklər. Ümuilikdə seçkilərin monitorinqi ilə bağlı bu layihələrə 81 min manat qrant vəsaiti ayrılıb.
Avropa Şurasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, MDB-nin və digər beynəlxalq qurumların müşahidə missiyaları 9 oktyabr prezident seçkiləri ilə əlaqədar monitorinq və müşahidə fəaliyyətlərini həyata keçirəcəklər.
Seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə olunacaq. Veb-kamera ilə təchiz edilən məntələqrin sayının 1000-ə çatdırılması planlaşdırılır.
11 beynəlxalq KİV təmsilçisi seçkiləri işıqlandırmaq məqsədilə MSK tərəfindən akreditə olunmuşdur.
Ümumiləşdirilmiş nəticə
Seçkilərin demokratik keçirilməsinə zəmin yaradan əsas amillərədn biri də yüksək seçici fəalllığıdır. Seçicilərlə görüşlər zamanı əldə olunan məlumatlar və müşahidələr göstərir ki, 9 oktyabr prezident seçkilərində seçici fəallığı kifayət qədər yüksək olacaq.
İnternet media və sosial şəbəkələr seçki marafonuna qoşulan siyası partiya və namizədlərə öz fikirllərini və mövqelərini sərbəst şəkildə açıqlamaq imkanlarını genişləndirib. Alternativ informasiya mənbələri yaradıb. Bütün bunlar isə ümumilikdə media və ifadə azadlığının hüdudlarını daha da genişləndirib.
Eyni zamanda əvvəlki illərlə müqayisədə seçicilərin seçki prosesi, müşahidəçilik, səsvermə prosedurları barədə daha məlumatlı olduqları müşahidə olunur. Bu isə seçkilər zamanı vətəndaş nəzarətinin daha yüksək səviyyədə olacağını ehtimal etməyə real əsaslar verir.
Seçkilər elan olunmamışdan əvvəl keçirilən kütləvi aksiyalar və seçicilərlə görüşlər üçün kifayət qədər sayda yerlərin ayırılması (açıq havada yerlər və zallar) seçki marafonuna qoşulan siyasi qüvvələrin, namizədlərin sərbəst toplaşmaq azadlığı hüququndan istifadə etməsi sahəsində problemlərin müşahidə edilməyəcəyini söyləməyə imkan verir.
Seçkilərin yerli və xarici müşahidəçilər tərəfindən izlənilməsi üçün geniş imkanlar yaradılıb. Sadə qeydiyyat prosedurları müşahidəçi kimi vətəndaşların seçkini izləməsinə əlverişli şərait yaradıb. Monitorinq zamanı müşahidəçilərin qeydiyyatı ilə bağlı heç bir neqativ fakt aşakr edilməyib. Eyni zamanda məntəqələrin 20 faizi veb-kameralarla təchiz olunacaq. Bu isə öz növbəsində seçkilərin yerli və xarici müşahidəçilərin ciddi nəzarəti altında keçəcəyinə əminlik yaradır.
Monitorinqin ilkin mərhələsinin nəticələri göatərir ki, 9 oktyabr prezident seçkilərinin azad, ədalətli və dünyada qəbul olunmuş demokratik standartalara uyğun keçməsi üçün bütün zəruri hazırlıqlar görülüb, seçki marafonuna qoşulan siyasi partiyalar, namizədlər üçün bərabər şərait yaradılıb. Seçkilərə vətəndaş nəzarətinin yüksək səviyyədə olması üçün zəruri addımlar atılıb. Eyni zamanda söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı sahəsindəki vəziyyət fikir plüralizmi, açıq debatlar, müzakirələr, polemikalar üçün geniş imkanlar açır.

Bu xəbər oxucular tərəfindən 1093 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |