Şrift:
Davud Turan: “Heç bir zaman Güney Azərbaycan türkü Azərbaycan Respublikasına qarşı hansısa bəyanat verməz”
22.11.2011 [16:24] - Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda Milli Hərəkatı gücləndikcə, İran hakimiyyəti Azərbaycan Respublikasına qarşı hücumlarını artırmaqdadır. Bu sözləri “Davam” a Ankaradan Güney Azərbaycan Sosial və Mədəniyyət Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Davud Turan İranın Şərqi Azərbaycan əyalətinin ziyalıları, Təbriz şəhərinin universitet alimləri və tələbələri adından Azərbaycan rəhbərliyinə qarşı yayılan bəyanatı şərh edərkən bildirib.

“İran mollaları və dövlət adamları güney məsələsindən ciddi şəkildə qorxmaqdadırlar. Onlar hücumların təsirini azaltmaq üçün Təbriz şəhərini seçiblər. Guya bunlar göstərmək istəyirlər ki, Təbriz insanı Azərbaycan dövlətinə qarşıdır. Heç bir zaman Güney Azərbaycan və Təbriz türkünün Azərbaycan dövlətinə qarşı çıxması mümkün deyil”,-deyə, politoloq qeyd etdi.
Politoloq yayılan təxribatçı bəyanatı dövlət nümayəndələrinin və farsların sadiq qulluqçularının əməli hesab edir.
“İran ideoloqları qorxurlar ki, Azərbaycan dövlətinin güclənməsi, Güney Azərbaycan Milli Hərəkatına böyük təsir edir. Mənə görə bunlar hamısı o hakimiyyətin zəifləyinin göstərəcisidir.
İran hakimiyyəti Güney Azərbaycanda gedən milli hərəkat qarşısında aciz və carəsiz olduğu üçün hücumlarını Şimali Azərbaycana doğru yönəldir. Bunların heç biri nəticə verə bilməz. Çünki, güneydə milyonlarla Azərbaycan türkü öz milli kimliklərini bilib, Şimali Azərbaycanla yaxşı münasibət içində olmasında istəyirlər”,- deyə, Davud Turan vurğuladı.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed