Şrift:
MSK-nın növbəti iclasında nə müzakirə olunacaq?
21.09.2013 [14:00] - Xəbərlər
Mərkəzi Seçki Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb. İclas sentyabrın 21-i saat 16-da başlayacaq. İclasın gündəliyi açıqlanmır. “Media forum” saytının müraciət etdiyi bir sıra mənbələr iclasda debat qalmaqalının müzakirəyə çıxarılacağının istisna olunmadığını bildiriblər.

Prezidentliyə namizədlərin İctimai Televiziyadakı 19 sentyabr debatı qalmaqalla müşayiət olunub. Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev, Milli Şuranın namizədi Cəmil Həsənli, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun çıxışları zamanı təhqiramiz ifadələr işlədilib, qarşılıqlı ittihamlar dava həddinə çatıb. Tərəfləri qınayarkən Sosial Demokrat Partiyasının namizədi Araz Əlizadə də təhqiramiz ifadəyə yol verib.
Bu xəbər oxucular tərəfindən 798 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed