Şrift:
MSK katibi: Namizədlərin plakatını cıranlar məsuliyyət daşıyır
21.09.2013 [14:51] - Xəbərlər, Gündəm
“Prezidentliyə namizədin plakatının cırılması doğru addım deyil”. Bunu Modern.az-a açıqlamasında MSK katibi Mikayıl Rəhimov deyib.

Mikayıl Rəhimovun sözlərinə görə, hər bir namizədə hörmətlə yanaşılmalıdır.

“Bu, seçki qanunvericiliyinin pozulmasıdır. Buna heç kim müdaxilə edə bilməz. Plakatları cırmaq olmaz. Bu cür hərəkət edənlərin fəaliyyəti məsuliyyət yaradır. Seçki Məcəlləsinin tələbi ondan ibarətdir ki, namizədlər və seçicilər buna hörmətlə yanaşmalıdırlar. Namizədin təşviqat materialının cırılmasına yol vermək olmaz. Bu cür hallar baş verirsə deməli, Seçki Məcəlləsinin tələbləri pozulur. Hələ ki, MSK-ya məsələ ilə bağlı elə məlumat daxil olmayıb. Hansı namizədimiz müraciət edərsə, MSK bu məsələyə münasibət bildirəcək. Əgər müəyyən nöqsanlar varsa, müraciət olunarsa, təbii ki lazımi tədbirlər görüləcək”.

Ümid Partiyası bəyan edib ki, Bərdə rayonunda prezidentliyə namizəd İqbal Ağazadənin təbliğat-təşviqat lövhələrinə vurulmuş plakatları cırılıb.
Bu xəbər oxucular tərəfindən 993 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed