21.09.2013 [15:41] - Xəbərlər, Gündəm
Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən mətbuat qrupu sentyabrın 21-də iclas keçirib. Qrupun rəhbəri Azər Tağıyev sentyabrın 19-da İctimai Televiziyanın efirində prezidentliyə namizədlər üçün ayrılan efir vaxtı zamanı baş verənlərə toxunaraq deyib: “Cəmil Həsənli və Hafiz Hacıyev arasında baş verən konflikt zamanı Seçki Məcəlləsinin və qanunvericiliyin tələbləri pozulub, münaqişə zamanı debatda iştirak etməyən namizədin – dövlət başçısı İlham Əliyevin də ünvanına təhqiramiz ifadələr səslənib. Həmçinin sübut göstərmədən Cəmil Həsənli prezident İlham Əliyevin adını iqtisadi cinayətkarlıqda hallandırıb. Hafiz Hacıyev isə Cəmil Həsənliyə butulka atıb. Hər iki namizədin yol verdiyi bu hərəkətlər, seçki məsələsinə aid olmayan məqamların – ailə məsələlərinin qabardılması yolverilməz hesab edilir”.
MSK üzvü Fuad Cavadov bildirib ki, fəaliyyətdə olan prezident İlham Əliyevin hüquqlarının qorunması qanunun tələbidir. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin tam haqqı var ki, bu faktla bağlı məhkəməyə müraciət etsin və günahkar cəzalandırılsın.
Müzakirələrin yekunu olaraq qərara alınıb ki, debatda baş verənlərə MSK hüquqi qiymət versin.

Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |