Şrift:
Bakının Avropa çempionatına namizədliyi təsdiq edildi
23.09.2013 [09:50] - Gündəm, İdman
UEFA Bakı şəhərini 2020-ci il Avropa çempionatını keçirməyə namizəd şəhər kimi təsdiqləyib.
AFFA-nın ( Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) baş katibi Elxan Məmmədov bildirib ki, bu haqda qərar UEFA-ya üzv ölkələrin milli federasiyalarının prezidentləri və baş katiblərinin Xorvatiyanın Dubrovnik şəhərində keçirilən toplantısında çıxarılıb. E. Məmmədov bildirib ki, Bakının çempionatı təşkil edəcək 13 şəhər arasına düşmə şanslarını rəqibləri açıqlandıqdan sonra dəyərləndirmək olar: “Biz qrup mərhələsinin 3, 1/8 final və ¼ final mərhələsinin isə hərəyə 1 oyununa ev sahibliyi etmək istəyindəyik. Görək, belə bir istəklə daha hansı şəhərlər çıxış edəcək. Yarımfinal və final oyunlarına isə özümüz iddia etmədik. Çünki bu zaman azarkeşlər 3 matça şahidlik edəcəkdilər. Biz isə daha çox – 5 oyunu qəbul etmək niyyətindəyik”.
Qeyd edək ki, namizəd şəhərlərin siyahısı sentyabrın (semtember) 20-də Bakı vaxtı ilə saat 15:00-da, qalib şəhərlər isə 2014-cü il sentyabrın 14-də açıqlanacaq.
Bu xəbər oxucular tərəfindən 1017 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed