23.09.2013 [10:43] - Gündəm, Sosial
2013-cü ilin əvvəlindən bu günə kimi Rusiyadan 215 min nəfər miqrant deportasiya olunub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəisi Konstantin Romodanovski deyib. O bildirib ki, Rusiyada miqrant probleminin həlli üçün sərt tədbirlər görülüb və problemin həllində xeyli irəliləyiş əldə olunub: “Bu il tətbiq olunan miqrantlarla bağlı yeni siyasət sayəsində qanunu pozan miqrantlara qarşı müxtəlif maneələr yaradılıb. 2013-cü ilin yanvar ayından etibarən Rusiya ərazisində yaşamaq və çalışmaq istəyən miqrantların sayında kəskin azalma baş verib. İl başlayandan bu günə qədər 215 min nəfər miqrant ölkədən deportasiya edilib. Bu vəziyyət miqrantların qanunun tələblərinə tabe olmasına şərait yaradır”.
K. Romodanovski 2010-cu ildə qüvvəyə minən qanunla Rusiyada qanuni olaraq fəaliyyət göstərən xarici vətəndaşların sayında artım baş verdiyini söyləyib: “Miqrantlara əmək fəaliyyətinə görə verilən lisenziyaların satışından dövlət büdcəsi 16 milyard rubl (506 milyon dollar) gəlir əldə edib”.

Bu xəbər oxucular tərəfindən 977 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |