Şrift:
Suriyada 200 türkmənin başı kəsildi
24.09.2013 [10:05] - Gündəm, Türk dünyası-Turan
Dünən Suriyanın Humus vilayətində türkmən qətliamı yaşanıb.

Suriya Türkmən Cəbhəsinin sədri Əli Öz Türkmənin lent.az-a verdiyi məlumata görə, “Əl-Qaidə” terror təşkilatına bağlı “Əl-Nusra Cəbhəsi” qruplaşmasının döyüşçüləri Humusun Əl-Nisa kəndində yaşayan 200 türkməni vəhşicəsinə qətlə yetiriblər.

Türkmənlərin boğazları kəsilib, evləri yandırılıb. Əli Öz Türkmən bu olaya türk xalqlarının, Türkiyənin türkmənlərin reaksiya verməyə, türkmən qətliamının qarşısının alınması üçün təcili addımlar atmağa çağırıb.
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed