Şrift:
Azərbaycan XİN: Terrorçuları qəhrəmanlaşdıran Ermənistanın başqalarına mənəviyyat dərsi keçməyə haqqı yoxdur
24.09.2013 [11:04] - Gündəm, Siyasət
“Edvard Nalbandyan unudub ki, Ermənistan terrorizmə dəstək verən ölkədir və xüsusi xidmət orqanlarının iştirakı ilə Azərbaycan ərazisində yüzlərlə cinayətlər törədilib”.


Bunu keçirtdiyi brifinqdə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev İtaliyada səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın “Macarıstanda erməni zabiti Qurqen Markaryanı qətlə yetirən Azərbaycan Ordusunun zabiti Ramil Səfərov prezident İlham Əliyev tərəfindən əfv olunub və Azərbaycanda qəhrəman səviyyəsinə yüksəldilir” bəyanatını şərh edərkən deyib.



Onun sözlərinə görə, uzun müddət ərzində terrorçuları qəhrəmanlaşdıran və onları gənc nəsil üçün erməni xalqının qəhrəmanları kimi təqdim edən ölkənin başqalarına mənəviyyat dərsi keçməyə haqqı yoxdur: “Ermənistanın keçmiş prezidenti ermənilərin və azərbaycanlıların etnik cəhətdən bir-biri ilə uyuşmadığını bildirmişdi. Məgər bu fakt Ermənistan hakimiyyətinin yüksək pillələrdə diskriminasiyanın mövcud olmasının göstəricisi deyilmi? Eyni zamanda xatırlatmaq istəyirəm ki, Ermənistanın hazırkı hakimiyyəti Xocalıda insanlığa qarşı cinayətlərin təşkil edilməsi ilə lovğalanırdı. Ermənistan rəhbərliyi ələ düşən hər imkandan istifadə edir ki, erməni gəncləri arasında qonşu ölkələrə, xalqlara qarşı düşmənçilik hissini yaratsın. Etnik dözümsüzlük və ksenofobiya ölkə rəhbərliyi də daxil olmaqla yüksək vəzifəli rəsmi şəxslər tərəfindən təbliğ olunur”.
Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed