22.09.2011 [11:37] - Xəbərlər
Türkiyə parlamentinin rəhbəri Cəmil Çiçək: “Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın yox, Türkiyənin də qanayan yarasıdır”
Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin rəhbəri ilə görüşüb
Bakı-APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Türkiyəyə rəsmi səfəri başlayıb. Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, səfər çərçivəsində Oqtay Əsədov və başçılıq etdiyi nümayəndə heyəti ilk olaraq Türkiyə Respublikasının öndəri Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib, mavzoleyə əklil qoyub, xatirə dəftərinə öz ürək sözlərini yazıb və Qurtuluş Müharibəsi muzeyi ilə tanış olublar.
Daha sonra Oqtay Əsədov və onun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində olublar. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə cənab Oqtay Əsədovun təkbətək görüşündən sonra heyətlərarası görüş olub.
Görüş zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək iki ölkə arasında mövcud olan sıx əlaqələrdən, sözügedən əlaqələrin hər hansı iki dövlət arasındakı əlaqələr yox, xüsusi əlaqələr olduğundan və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyindən söz açıb.
Oqtay Əsədov da öz növbəsində Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin tarixi köklərindən, Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” sözünün əhəmiyyətindən, iki ölkə parlamentləri arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyindən, Azərbaycanın qanayan yarası olan Dağlıq Qarabağ problemi ilə əlaqədar Türkiyənin Azərbaycana olan dəstəyindən, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın konstruktiv səylərindən və iki ölkə arasında hər sahədə olan əlaqələrin inkişafının güclü iki dövlət doğuracağından bəhs edib.
Daha sonra Cəmil Çiçək bir daha çıxış edərək Dağlıq Qarabağ probleminin təkcə Azərbaycanın yox Türkiyənin də qanayan yarası olduğunu vurğulayaraq, Türkiyənin Azərbaycana olan dəstəyinin daim davam edəcəyini dilə gətirib.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti “Anadolu Mədəniyyətlər Muzeyi” ilə tanış olublar.
Bu gün saat Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verəcək. Səfər davam edir.

Bu xəbər oxucular tərəfindən 1214 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |