24.09.2013 [12:15] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Güneyli psixoloq və Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözcüsü Simin Səbri hesab edir ki, İran Azərbaycanında feminist düşüncənin yayılması türkcə feminizmin təşviq edilməsindən asılıdır. İranda milli mədəni hərəkatla və qadın hərəkatı arasındakı əlaqələr haqqında Amerikanın Səsinə müsahibə verən fəal deyir ki, qadın haqlarının təmin olunmasına milli mədəni mübarizənin tərkib hissəsi kimi baxılmalıdır.
Simin Səbri feminist ədəbiyyatı haqda danışır
Xanım Səbri İranda tanınmış qadın hüquqları müdafiəçilərinin qeyri-fars qadın fəallarını adlandırmaq üçün istifadə etdikləri terminologiyanı tənqid edir: “Onlar türklər ya digər qeyri-fars cəmiyyətlərdə qadın haqları uğrunda fəaliyyət göstərənləri etnik qadın fəalları, fars fəallar ya fars dilində fəaliyyət aparanları isə qeyri-etnik qadın fəalları olaraq təqdim edir. Bu düzgün adlandırma deyil. Fars qadın fəalı ilə türk ya kürd qadın fəalı arasında nə fərq var ki? Nədən biri etnik o biri isə qeyri-etnik adlanır?”
Psixiatrın sözlərinə görə, belə adlandırmalarda farsların da bir etnik qrup olması kölgə altında qalır, habelə fars kimliyi üst kimlik və İranın əsas kimliyi kimi təqdim edilir.
Simin Səbri eyni zamanda bəzi fars qadın hüquqları fəallarının qeyri-fars xalqların problemləri ilə bağlı yanaşmalarını müsbət qiymətləndirir. Onun dediklərinə görə, “İranda qadınlar zərbə görmüş və əzilmiş təbəqələrdən biri olduqları üçün bəzi qadın fəalları ayrıseçkiliyə məruz qalan qeyri-fars cəmiyyətlərin də dərdini anlayırlar, buna görə də haqqı daha tez qəbul edə bilirlər.”
“Ancaq onlar bizi eyni səviyyədə görməli, bizi öz adımızla tanımalıdırlar. Hər kəs öz kimliyi ilə ortada olmalıdır, kimsə o birinə ev sahibi kimi baxmamalıdır,” deyə Norveçdə yaşayan güneyli fəal əlavə edib.
Dil və güc arasındakı münasibətə toxunan xanım Səbrinin fikrincə bir dildə feminizm ədəbiyyatı yaranmasa, o dildə danışan cəmiyyət də bu görüşləri mənimsəyə bilməz.
“İran çərçivəsində yaşayan türklər üçün türkcədə feminizm ədəbiyyatı yaradıb, habelə dünyada bu sahədə yazılan əsərləri türkcəyə çevirmək lazimdir,” deyə o vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 1267 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |