25.09.2013 [11:26] - Gündəm, Türk dünyası-Turan
Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Türkiyənin İstanbul və Çanaqqala şəhərlərində "Qarabağ Təbliğat Turu" çərçivəsində bir sıra görüşlər keçirilib.
APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Türk Dünyası Bələdiyyələr Birliyində (TDBB) keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. TDBB genel sekretoru Mustafa Başkurt çıxışında bildirib ki, 10 il ərzində Azərbaycanla Türkiyə arasında müxtəlif sahələri əhatə edən bir çox proqramlar həyata keçirilib və Azərbaycan bələdiyyələri ilə əməkdaşlıq sahəsində bir sıra işlər görülüb. M.Başkurt Qarabağ münaqişəsinin Türkiyə-Azərbaycan bələdiyyələrinin birliyinin ən başlıca amillərdən biri kimi dəyərləndirib.
QAT sədri Akif Nağı çıxışında qeyd edib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər, əlaqələr daha da genişləndirilməlidir. İndiyədək Türkiyədə keçirilən görüşlərin müsbət nəticəsinin olduğunu vurğulayan QAT sədrinin sözlərinə görə, bu sahədə görüşlər bundan sonra da davam etdirilməlidir: “Çünki Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında rəsmi dövlət orqanları ilə yanaşı, QHT-lərin, ictimaiyyət nümayəndələrin də üzərinə böyük məsuliyyət düşür”.
Sonra QAT və Azad Qarabağ Uğrunda Alyansın üzvləri Çanaqqala Türk Şəhidliyini ziyarət edərək, şəhid olanların məzarı önünə əklillər qoyub və şəhidlərin ruhuna dualar oxuyub.
Şamaxıda yerləşən Türk şəhidliyindən götürülən torpaq Çanaqqaladakı türk şəhidliyinə səpilib.
Daha sonra Çanaqqala 18 mart Universiteti Öyrənci radiosunda Qarabağ münaqişəsi ilə bağlı müzakirələr təşkil olunub.

Bu xəbər oxucular tərəfindən 947 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |