Şrift:
Türkiyədə yeni pilotsuz kəşfiyyat təyyarəsi yaradılacaq
25.09.2013 [11:46] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyəninin Milli Kəşfiyyat İdarəsi ölkənin Elmi-Texniki Araşdırmalar Mərkəzi Şurasına (TÜBİTAK) Amerikanın "Global Hawk" pilotsuz təyyarəsi tipli yeni uçan pilotsuz kəşfiyyat təyyarəsinin layihəsini yaratmağı tapşırıb. Bu barədə "Zaman" qəzeti xəbər yayıb.
Nəşrin məlumatına görə, TÜBİTAK səmada maksimum şəkildə çox və göyərtəsində təxminən 500 kiloqram faydalı yük daşıya bilən pilotsuz təyyarə yaratmaq niyyətindədir. Bundan əlavə yeni pilotsuz təyyarə üzərindən uçduğu ərazilərin şəkilini çəkə və dinləyə biləcək.
Daha əvvəl Türkiyə ilk dəfə "ANKA" tipli ilk pilotsuz təyyarə istehsal edib. Onun yaradılması barədə işlər 2004-cü ildən aparılıb. Layihə üzərində 180 mühəndis çalışıb.
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed