Şrift:
Elmar Məmmədyarov BMT baş katibinin müavini ilə görüşdü
26.09.2013 [13:18] - Siyasət
Görüşdə Azərbaycanın BMT ilə humanitar layihələrdə sıx əməkdaşlıq etdiyini vurğulanıb
Siyasət Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində BMT baş katibinin müavini, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr üzrə nümayəndə Gyan Açarya ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı Gyan Açarya az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr qrupu barədə məlumat verərək, rəhbərlik etdiyi qurumun həmin ölkələrin üzləşdiyi problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıb.

BMT baş katibinin müavini Azərbaycanın son illərdə iqtisadi sahədə əldə etdiyi uğurları nəzərə alaraq, təmsil etdiyi ölkələrin inkişafı üçün Azərbaycanın yardım imkanlarının nəzərdən keçirilməsini xahiş edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyini qeyd edib və humanitar sahədə həyata keçirilən layihələrdə ölkəmizin iştirakı barədə məlumat verib. XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin bu istiqamətdə fəaliyyətindən söz açan E.Məmmədyarov az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələrdə həyata keçirilən layihələrdə bu Agentliyin iştirak imkanlarının nəzərdən keçiriləcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed