26.09.2013 [15:01] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
25 sentyabr 2013-cü il tarixdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili, Prezidentliyə namizəd Quliyev Fərəc İbrahim oğlu Şamaxı rayon seçiciləri ilə görüş keçirmişdir.
Yerli hökumət orqanları seçicilərin Prezidentliyə namizədlə görüşünə mane olması üçün ciddi şəkildə tədbirlər görmüşlər. Belə ki, rayon mərkəzində təhsil işçilərinin həmkarlar itifaqının binasına gələn bütün yollar bağlanmış, görüşə gələn insanlar mülki geyimli məmurlar və polislər tərəfindən hədələnərək geri qaytarılmış, ikinci görüş nəzərdə tutulan Göylər kəndi polislə əhatəyə alınmış kəndlərdən rayon mərkəzinə gələn yollara polis postları qoyulmuş, insanlar geri qaytarılmışdır. Bütün bu maneçiliklərə baxmayaraq rayon mərkəzində yüksək səviyyədə görüş baş tutmuşdur. Görüşün sonunda MDHP Güney Azərbaycan Departamentinin sədri, vətənpərvər mahnıların müəllifi və ifaçısı Əlirza Amanbəyli öz ifası ilə zalı coşdurmuşdur. Partiya bütün baş verənlərlə bağlı MSK-ya və digər müvafiq orqanlara müraciət ünvanlamışdır. Partiya adından görüşdə iştirak edən və iştirak etməyə cəhd edən, amma geri qaytarılan bütün Şamaxılılara dərin təşəkkür edirik.
MDHP Mətbuat Xidməti.

Bu xəbər oxucular tərəfindən 1927 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |