27.09.2013 [13:01] - Xəbərlər, Mədəniyyət
Sentyabrın BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, BMT-nin Sivilizasiyaların Alyansı və Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın birgə təşkilatçılığı ilə “Azərbaycan - tolerantlıq məkanı” adlı foto-sərginin açılış mərasimi olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın mətbuat xidmətindən verilən məlumata görə, bir həftə ərzində davam edəcək foto-sərgidə Heydər Əliyev Fondunun “Azərbaycan – tolerantlıq ünvanı” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənəcək.
Sərginin açılışında BMT-nin Sivilizasiyaların Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser bildirib ki, bu il Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumu zamanı o bir daha Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətinin şahidi olub.
BMT-nin ali nümayəndəsi “Azərbaycan - tolerantlıq məkanı” foto-sərgisinin BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində açılmasını multikulturalizm və tolerantlığın təmin olunması sahəsində Azərbaycan dövlətinin gördüyü işlərə dünya birliyinin verdiyi yüksək qiymət adlandırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov tədbirdə dini tolerantlığın çoxəsrlik tarixindən danışıb. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin təbirincə, “multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir”.
Komitə sədri bildirib ki, son illərdə Azərbaycan dövləti, həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən iri miqyaslı beynəlxalq tədbirlər Azərbaycanı mədəniyyətlər və dinlərarası dialoqun tanınmış beynəlxalq mərkəzinə çevirib.

Bu xəbər oxucular tərəfindən 1077 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |