28.09.2013 [11:03] - Gündəm, Sosial
Azərbaycanın daxili işlər naziri Ramil Usubov prezidentliyə namizədlərin təşviqat plakatlarının cırılması ilə bağlı iddialara münasibət bildirib.Nazir AzTV-yə müsahibəsində deyib ki, bəzən belə hallara rast gəlinir:
"Kiminsə kimdənsə xoşu gəlmir. Bunun sivil yolu var. Get seçki məntəqəsində istədiyin adama səs ver, onunla da məsələ bitsin. Amma görürsən ki, gəncdir, yaxud başa düşmür, yaxud öyrədilmiş adamdır, gedir namizədlərdən kiminsə şəklini cırır. Belə olanda, təbii ki, polis bunun qarşısını alır".
Nazir qeyd edib ki, polis təşviqat plakatı cırılan namizədin iqtidar və ya müxalifət düşərgəsini təmsil etməsinə baxmır. Ramil Usubovun sözlərinə görə, prezidentliyə namizədlərin təşviqat hüququnu pozan belə hallara qarşı mübarizə davam etdirilir.

Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |