23.11.2011 [10:25] - Hadisə
Azərbaycanın İmişli rayonunda qətl törədilib. Bu barədə Rayon Prokurorluğundan bildirilib.
Hadisə rayonun Qaralar kəndində qeydə alınıb. Yol kənarında üzərində qəsdən adam öldürülməyə xarakterik olan xəsarətlərlə naməlum qadın meyiti tapılıb. Araşdırmalar nəticəsində qadının Sabirabad rayonunda anadan olmuş, hazırda İmişli rayonunda yaşayan, 42 yaşlı Ənnağıyeva Sevda Bahadır qızı olduğu müəyyən edilib. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Bu xəbər oxucular tərəfindən 1173 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |